Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Bəsrə şəhərindən “Biz təhsildən ilhamlanırıq” nümayəndə heyətini qəbul etmişdir 10/2/2023 ![]() |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun) Bəsrə şəhərindən bir qrup professor və tələbədən ibarət “biz təhsildən
ilhamlanırıq” nümayəndə heyətini qəbul etmişdir. Hörmətli Şeyx öz çıxışında bu
ölkənin tərəqqisi üçün elm, onu tələb etməyin və elmi müzakirələri davam
etdirilməsinin vacibliyini vurğulamışdır. Hörmətli mərcəi təqlid
(kölgəsi davamlı olsun) qeyd etdi ki, İraqın düşmənləri İraqın
torpağında və mühüm coğrafi mövqeyində olan yaxşılıq və zənginliyə əlavə
olaraq, inkişaf etmiş ölkələr sırasına yerləşdirə biləcək görkəmli ağıllara
malik olmasına baxmayaraq, həmişə bu ölkəni inkişafdan və tərəqqidən uzaq
tutmaq və onu cəhalət burulğanında saxlamaq istəyiblər.
Hörmətli Şeyx, Allah-Təalanın onu pak hərəmlərlə şərəfləndirərək
bu ölkəyə pak imamlardan (ə.s) altısı, övliya və salehlərin və bir sıra peyğəmbərlərin
hərəmlərinin daxil olduğunu və Kufə Əmirul-mömininin (ə.s) dövründə olduğu kimi
İmam Hüccətul-Müntəzərin hakimiyyətinin mərkəzi olacağını təkidlə təsdiq etdi.
O, hər kəsi işində uğur qazanmağa və bu ölkənin inkişafına nail olmaq üçün biliklərini və təhsilə maraqlarını davam etdirməyə çağırıb. |