Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babildəki ofisinin nümayəndə heyəti Şiə ziyarətgahları və xətiblər birliyinin birinci forumunda iştirak etmişdir 28/2/2023 |
Ayətullah əl üzma Şeyx
Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babil şəhərinin mərkəzindəki
nümayəndə heyəti müqəddəs Nəcəful-Əşrəf şəhərində keçirilən Şiə ziyarətgahları
və Xətiblər Dərnəyinin ilk iclasında iştirak etmişdir. Seyid Əziz Əmidi bu
konfrans haqqında dedi: “Bu iştirak, şərafətli elmi mərkəzin ustad və tələbələrindən
hörmətli və fəzilətli şəxsiyyətləri ilə əlaqə yaratmaq çərçivəsində baş tutdu.
Bu konfrans Nəcəful-Əşrəf şəhərində şərafətli minbərin təbliğatçıları üçün
keçirilən ilk görüşdür". O, sözünə davam edərək
dedi: “Konfrasda həqiqi İslam mədəniyyəti və şəxsiyyətini yaymaq məqsədi
daşıyan Hüseyni minbəri üçün tələb olunan fənni
tədqiq etməklə, xitabətliyi inkişaf etdirmək və onu böyük İslam minbəri
dünyasına çıxarmaq yolları müzakirə edilib”.
Seyid Əmidi konfransa nüfuz edən iman mühitini, orada təqdim olunan təklif və rəyləri yüksək qiymətləndirərək, eyni zamanda bu İslami forum və konfransların nəticələrinin reallığımızın möhkəmlənməsinə töhfə verən əməli ümumi reallığa çevrilməsinin zəruriliyinə çağırıb. |