Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İran İslam Respublikasından gələn bir sıra nümayəndə heyətlərini, o cümlədən onlar ilə gəlmiş dini elm tələbələrini qəbul etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İran İslam Respublikasından gələn bir sıra nümayəndə heyətlərini, o cümlədən onlar ilə gəlmiş dini elm tələbələrini qəbul etdi

13/1/2024




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqdakı müqəddəs ziyarətgahları ziyarət etmək üçün gələn bir sıra nümayəndə heyətlərini və İran İslam Respublikasından, o cümlədən Əhvazdan olan nümayəndə heyətlərini və oradakı dini elm tələbələrini hər bir heyəti ayrı-ayrılıqda qəbul etdi.

Hörmətli Şeyx, öz nəsihət və məsləhətlərini verərkən dini elm tələbəsinin əhəmiyyətini və məqamını, cəmiyyətdə xidmət etmək üçün olan rollarının vacibliyini izah etdi.

Hörmətli Mərcəi təqlid İraqdakı müqəddəs ziyarətgahların əhəmiyyətindən, hörmətli ziyarətçinin ziyarətinin qəbul olunması üçün etməli olduğu əməl və işlərindən danışdı. Bunlardan ən əsası ziyarətçi həmişə niyyətini qurbətən iləllah etməlidir. Nümayəndə heyətləri öz növbəsində göstərdiyi məsləhət və göstərişlərə görə hörmətli şeyxə təşəkkürlərini bildirdilər