Kərkük şəhərinin əhalisindən olan nümayəndə heyət, Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) hüzurunda 11/1/2024 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) imam Əmirul-möminini (ə.s)
ziyarət etməyə gələn Kərkük şəhərinin əhalisindən bir heyəti qəbul etdi. Hörmətli Şeyx atalıq
nitqində vurğuladı ki, imam Əmirul-möminin (ə.s) müttəqilərin imamıdır və şiələr
də təqvalı olmalı və Yaradanın razılığına nail olmaq üçün çalışmalıdırlar. Belə
ki, onlar həqiqətən Əmirul-mömininin (ə.s) şiəsi sifətinə və Qiyamət günü onun
şəfaətinə nail olmağa layiq olsunlar. Hörmətli Şeyx izah
etdi ki, hər bir əməlin qəbulu və Allahın razılığını əldə etmək üçün
insanda gərək Allahla yaxınlaşmaq yəni,
qürbətən ilallah niyyəti olsun. Hörmətli Şeyx təkidlə
izah etdi ki, Əhli-Beytin (ə.s) rəvayətlərində möminlərə hər bir əməl və sözə
görə özlərini mühasibə etməyin vacibliyini vurğulayır və işarə etdiki hətta bəzi
rəvayətlər bu işin vacibliyini bildirir. Çünki bu işin möminlərə təsiri vardır.
İnsanın özünü düz yola islah etməsi onu düzgünlüyə çəkir. |