Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Kifl şəhərinin Şeyxləri və Qəbilələrinin görkəmli şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Kifl şəhərinin Şeyxləri və Qəbilələrinin görkəmli şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

9/1/2024




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Divaniyyə şəhərinin Kifl rayonun qəbilələrindən olan şeyxlər və görkəmli şəxslərdən ibarət nümayəndə heyətini və İraqın müxtəlif şəhərlərindən hörmətli Şeyxin vəsiyyət və atalıq nəsihətini dinləmək üçün gələn nümayəndə heyətlərini qəbul etdi.

Hörmətli Mərcəi təqlid Allah-taalanın qəzəbinə səbəb olacaq bir əmələ mürtəkib olmamaq üçün müqəddəs şəriətə əməl etməyin, halal və haramı bilmək üçün dini öyrənməyin zəruriliyini vurğuladı.

Hörmətli Mərcəi təqlid izah etdi ki, hər bir yaxşı əməlin qəbul olması üçün Allah-taalaya yaxın olmaq, qürbətən ilallah niyyəti ilə olması vacibdir. Əməllərin qəbul olmasının əsası təqvadır. Təqvanın ilk mərhələsi isə hər bir kiçik və ya böyük əməl və sözə görə özünü hesaba çəkməkdir.

Hörmətli Mərcəi təqlid, özünü daha yaxşıya doğru islah etmək, xəta və günahlardan uzaq olmaq üçün özünü hesaba çəkməyin daha əhəmiyyətli olduğunu izah etdi, Əhli-Beyt imamlarının (ə.s) hədislərində insanın hər gün özünü hesaba çəkməyin zəruriliyi təkidlə qeyd edilib.