Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) müqəddəs Əbəlfəzl Abbas (ə.s) hərəmindən gəlmiş nümayəndə heyətini qəbul etdi 9/1/2024 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) vəsiyyət və atalıq göstərişlərini
dinləmək üçün Əbəlfəz Abbasın (ə.s) müqəddəs hərəminin işçilərindən ibarət
nümayəndə heyətini qəbul etdi. Hörmətli Mərcəi təqlid
çıxışında bildirdi ki, sizin işiniz böyük və şərəflidir. Onların sizə dünya və
axirətdə faydalı olması üçün Allah-taalaya yaxın olmağınız gərəklidir. Hörmətli Mərcəi təqlid
(kölgəsi davamlı olsun) öz tövsiyələrində Əhli-Beytin (ə.s) həqiqi simasını əks
etdirmək üçün Əhli-Beyt (ə.s) imamlarının və Əbulfəz Abbasın (ə.s) həyat tərzindən
öyrəndiyimiz iş və əxlaq qaydalarına riayət etməyin vacibliyinə işarə etdi.
Əxlaq və davranışımızla onların (ə.s) təbliğatçılarından olaq. Hörmətli Mərcəi təqlid
(kölgəsi davamlı olsun) nümayəndə heyətini istər kiçik, istərsə də böyük əməllərə
görə özlərini mühasibə etməyə və istiğfar və tövbə ilə səhvləri düzəltməyə
çağırdı.
Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) Əhli-Beyt imamları (ə.s) özünü hesaba çəkməyi təqvanın səviyyəsini yüksəltmək və Allaha yaxınlaşmaq yolunda mühüm addım hesab edərək, möminləri özlərini hesaba çəkməyə təkidlə əmr etdiyini qeyd etdi. |