Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) elmi şəxsiyyətləri və Mosul xalqından ibarət nümayəndə heyətini qəbul etdi 7/1/2024 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqın daxilindən və xaricdən
bir sıra alim və təbliğatçıları və Mosul şəhərindən onun məsləhət və atalıq
göstərişlərini dinləmək üçün gəlmiş başqa bir nümayəndə heyətlərini qəbul etdi.
Burada hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) şəriət qaydalarına mültəzim
olmağa və onun hökmlərini və Qurani-Kərimi öyrənməyin zəruriliyini qeyd etdi.
Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) bütün əməllərin bir-birinə bağlı
olmasını və onların təqva ilə qəbul olunduğunu bundan sonar isə Allahın
razılığının əldə olunmasını təkidlə vurğuladı. Hörmətli Mərcəi təqlid
(kölgəsi davamlı olsun) izah etdi ki, Əhli-Beyt imamlarının (ə.s) şərafətli hərəmlərini
ziyarət etmək, insanın özünü islah etməsi və müsbət dəyişikliklərə sövq etməsi,
ziyarətçinin cəmiyyəti təkmilləşdirməyə çalışması üçün başlanğıc nöqtəsi
olmalıdır. Hər kəs öz fərdi əxlaqı, davranışı və ailədə, qəbilədə, iş mühitində
və ümumən cəmiyyətdə gündəlik rəftarları ilə həqiqi İslamın mənbəyi olan
Əhli-Beytin (ə.s) müdafiəçisi olmalıdır. |