Müqəddəs Məhərrəm ayının gəlişilə… Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisi illik Hüseyni (ə.s) məclisi keçirir

Müqəddəs Məhərrəm ayının gəlişilə… Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisi illik Hüseyni (ə.s) məclisi keçirir

19/7/2023




Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəf şəhərindəki Mərkəzi Ofisi Məhərrəm ayının ilk ongünlüyündə illik Hüseyni (ə.s) məclisini keçirmişdir. Minbərə imam Hüseyn (ə.s) xətibi Şeyx Cəfər Vaili çıxmışdır.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi müsahibəsində izah etdi ki, Mərcəi Təqlidin ofisinin illik adəti İmam Hüseynin (ə.s) müsibətini diriltmək və əza məclislərini hörmətli Mərcəi Təqlidin (kölgəsi davamlı olsun) və bir qrup elmi mərkəzin ustad və tələbələrin və möminlərin hüzurunda təşkil etməkdir.

Hörmətli Şeyx, Hüseyni (ə.s) məclislərin yaradılması və ayinlərinin dirçəldilməsi Əhli-Beyt imamlarının (ə.s) göstərişlərindəki daimi sabit və mərcəi təqlidlərin – Allah keçmişdəkilərini rəhmət və qalanlarını hifz etsin – bərpa etdiyi məsələlərdən olduğunu izah etdi. Və bu məclislər dinin dirçəlişi, müsibətin və əzanın təzələnməsi, Yezid (l.ə) və onun tərəfdarlarının təmsil etdikləri tarix boyu hər cür haqsızlıq, fəsad və zülmün yenidən rədd edilməsidir.