Bir neçə ölkədən möminlərin nümayəndə heyətləri, müqəddəs ziyarətgahlara tabe müsəəsisələr…Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə (kölgəsi davamlı olsun) Qədir-Xum bayramı münasibətilə təbriklərini çatdırdı.

Bir neçə ölkədən möminlərin nümayəndə heyətləri, müqəddəs ziyarətgahlara tabe müsəəsisələr…Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfiyə (kölgəsi davamlı olsun) Qədir-Xum bayramı münasibətilə təbriklərini çatdırdı.

5/7/2023




Mərcəi təqlid: Möminin əməli və sözü təqva ilə bir yerdə olmayana qədər mömin olmaz. Təqvanın ən mühüm şərti özünü hesaba çəkməkdir.

Hörmətli Mərcəi təqlid, Allahın ən böyük bayramı münasibəti ilə bəzi dini elm tələbələrinə əmmamə qoydu.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) bir sıra görkəmli və fəzilətli din xadimlərini, eləcə də bəzi dini müəssisələrdə, xüsusən də müqəddəs Əbəlfəzl Abbasın (ə.s) hərəminə tabe olan müəssisələrdən möminlərdən ibarət nümayəndə heyətlərini və İraqın bir sıra şəhərlərindən və əlavə olaraq Ərəb körfəzi ölkələrinin möminlərdən ibarət nümayəndə heyətləri və İran İslam Respublikasından gələn nümayəndə heyətlərini ayrı-ayrılıqda qəbul etdi.

 Bu möminlər Allahın ən böyük bayramı olan Qədir-Xum bayramı münasibəti ilə hörmətli Mərcəi təqlidə təbrik və xeyir-dua vermək üçün gəlir.

Hörmətli Mərcəi təqlid, möminlərə dini, fiqhi, əqaid atalıq nəsihətlərini təqdim etdi, o ümumi olaraq təqvanın məfhumlarını vurğulayaraq və əzəmətli Peyğəmbərin (s) və onun pak ailəsinin pak həyat yolu ilə vəhdət təşkil etməli olduğunu və buna belə işarə edərək buyurdu: “ Mömin əməli və sözü təqva ilə bir yerdə olmayana qədər mömin olmaz, təqvanın ən mühüm şərti isə özünü hesaba çəkməkdir. Hesab gündəlik və davamlı olaraq aparılmalıdır".

Hörmətli Mərcəi təqlid, bu münasibətlə dini elm tələbələrinə əmmamə də qoydu və əmmamə qoyma mərasimi zamanı dini elm tələbələrinə təbliğ vəzifələrini yerinə yetirərkən onlara aid bir sıra göstərişlər verdi.

Nümayəndə heyətləri öz növbəsində Mərcəi təqlidə günorta namazlarını iqtida edərək savabı qazanmaq, ayırdığı mübarək vaxta, məsləhət və nəsiətlərə görə təşəkkür etdilər.