Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Oman Sultanlığında baş vermiş mənfur hücum cinayətinə dair bəyanatı

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Oman Sultanlığında baş vermiş mənfur hücum cinayətinə dair bəyanatı

17/7/2024




Ədəd: 567. Tarix: 11 Muhərrəm 1446 h, 17.07.2024 m.

 

Bismilləhir-Rahmənir-Rahim

"O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər".

Uca və əzəmətli Allah doğru buyurdu.

 

Oman Sultanlığındakı əzizlərimizə...

Əvvəlcə Allahın əzəmətli vəlisinin (canımız ona fəda olsun) məqamına, sonra isə bu acı faciədə itki yaşayan hər kəsə başsağlığı verir və Allahın, Onun Rəsulunun (s) və Əhli-beytin (ə.s) düşmənlərinin Muskatın Böyük Vadi bölgəsində İmam Hüseynin (ə.s) matəmini qeyd edənlərə qarşı törətdikləri hücuma görə baş vermiş faciəyə görə dərin kədərimizi bildiririk. Bu hadisədə Peyğəmbərin (s) nəvəsinin matəmini yad etmək üçün toplanan imanlı bir dəstə həyatını itirdi. Bu, Allahın dinini dirçəltmək, Allaha (c.c), Onun Rəsuluna (s) və Əhli-beytinə (ə.s) sadiqlik əhdini yeniləmək məqsədinə xidmət edirdi. Onların arasında isə matəm iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün həyatlarını fəda edən təhlükəsizlik qüvvələrinin əməkdaşları da var idi.

 Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!". Onları Allaha təslim edirik. Uca Allahdan onları İmam Hüseynin (ə.s) tərəfdarları ilə birlikdə həşr etməsini diləyirik.

Burada vurğulamaq istəyirik ki, Oman Sultanlığı hər zaman sülh və əmin-amanlıq diyarı olub və olaraq da qalır. Bu çirkin əməlin mənbəyi isə nifrət, düşmənçilik, cahillik və küfrdür. Keçmiş dövrlərdə müsəlman ölkələrinin çoxunu da bu kimi əməllər hədəf alıb. Hökumətin cəmiyyətin qayğısına qalması, təcavüzkarları məsuliyyətə cəlb etməsi və imam Hüseynə (ə.s) məclislər qurub təsəlli verənlərə təhlükəsizlik təmin etməsinə görə onları dəstəkləyirik.

Allah-taaladan dünyasını dəyişənlərə rəhmət etməsini, yaralılara şəfa verməsini və bütün əzizlərimizin, xüsusən də Oman Sultanlığında olan qardaşlarımızı qorumasını diləyirik. O, duaları eşidən və cavab verəndir.

Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur.