Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Fələstin xalqına və İslam ölkələrinə edilən hücumlar haqqında bəyanatı 10/8/2024 |
Ədəd: 623. Tarix: 5 Səfər 1446 h, 10.08.2024 m. Bismilləhir-Rahmənir-Rahim "Ya
Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri
isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir.
Ora nə pis yerdir!" Uca və əzəmətli Allah doğru buyurdu.
Fələstin xalqına qarşı edilən xain hücumları, xüsusilə
bu səhər erkən saatlarda Qəzzədəki Allahın evlərindən birində ibadət edənlərə
qarşı edilən hücumu ən sərt ifadələrlə qınayır və pisləyirik. Bu hücum nəticəsində
çox sayda şəhid və yaralılar ədalətsiz və haqsız yerə həyatını itirmişdir. Bu
isə xalqlara və vətənlərə qarşı edilən xəyanət və təcavüz metodunun davamıdır. Necə ki, İran İslam Respublikasına qarşı açıq və qəddar
bir hücum həyata keçirildi, bu hücum İranın suverenliyinin kobud şəkildə
pozulması ilə nəticələndi və müqavimət hərəkatının liderlərindən olan İsmail Həniyyənin
qətlə yetirilməsi ilə baş verdi. Bu hücumdan əvvəl də Livan, Suriya, Yəmən və
digər ölkələrin ərazilərinə qarşı təcavüzlər baş vermişdi. Bu hücumlar nəticəsində
çoxlu sayda şəhid və yaralılar oldu, xüsusilə də şəhidlər sırasında müqavimətin
önəmli simalarından biri olan şəhid komandir Seyid Fuad Şükür ön planda
dayanırdı. Bu həmçinin bütün dəyərlərin və ilahi və dünyəvi
qanunların açıq-aşkar pozulması ilə müşayiət olundu; aclıq, məcburi köçürmə,
terror və qadınlarla uşaqların öldürülməsi ilə insanlığa və insan dəyərinə
qarşı böyük bir hörmətsizlik nümayiş etdirildi.
Bu məqamda deyirik: Əgər dünya qalan insanlığı ilə bu
mikrobun qarşısını almasa, onu əvvəli və sonu olmayan bəlalara sürükləyəcək. Hüquq müdafiəsi şüarlarını qaldıran dövlətlərə və təşkilatlara
xatırladırıq ki, zülmkarı durdurmaq və məzlumun müdafiəsi ilə bağlı qəti
mövqeyiniz olmadığı müddətcə yaratdığınız qanun və prosedurların heç bir dəyəri
yoxdur. Biz müsəlmanları bu qəsbkar qurumu Fələstin torpaqlarıvə
İslam ölkələrindən təmizlənilməsi üçün ciddi işə səsləyirik.
Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur. |