Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Ayətullah, Əllamə Şeyx Həsən Tərad Amilinin (r.ə) vəfatı ilə bağlı başsağlığı verdi 12/8/2024 |
. Bismilləhir Rahmənir Rahim İmtahan etdiyinə görə Allaha həmd, bəxş etdiyi nemətlərə
görə şükür, aləmlərə rəhmət olaraq göndərilmiş Muhəmməd ibn Abdullah və onun
pak Əhli-Beytinə salavat və salam və onların bütün düşmənlərinə isə əbədi lənət
olsun. Şərafətli hədisdə buyurulub: (Alim ölsə (dində) elə
boşluq yaranar ki, qiyamətə kimi onun yerini dolduran bir şey tapılmaz). İslam alimlərindən biri və İmamiyyə şiələrinin fəqihlələrindən
biri və Livan və Nəcəf Əşrəfin elmi mərkəzinin böyük ustadlarından biri hörmətli
Ayətullah, Əllamə Şeyx Həsən Tərad Amilinin (r.ə) vəfatı xəbərini dərin hüzn və
təəssüflə qarşıladıq. O, Nəcəf Əşrəf və Livanda elmi mərkəzdə xidmət etmiş və
göstərdiyi səylər əsasında böyük irs qoyaraq alim və din tələbələr yetişdirərək
uzun ömürdən sonra uca Allaha qovuşdu. Birinci, Allahın əzəmətli vəlisinə (ə.f), mərhumun ailəsinə,
elmi mərkəzlərə və onu bütün sevənlərə başsağlığı veririk sonra isə Onu
Allahdan geniş mərhəməti ilə əhatə etmək, məsum Ağaları (ə.s) ilə məhşur etməsi,
ailəsinin və aşiqlərinin qəlblərini səbir və təsəlli ilə gücləndirməsini diləyirik.
O, eşidən və cavab verəndir.
Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur. |