Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) ziyarətçi heyətlərini qəbul edərkən:Fərd və cəmiyyətin həm dünya, həm də axirət xoşbəxtliyinə nail olmaq üçün özünüqiymətləndirmənin əhəmiyyətini vurğulayıb 4/11/2023 ![]() |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi
davamlı olsun) xaricdən, xüsusən İran İslam Respublikası və Pakistan İslam
Respublikasından gələn ziyarətçi heyətlərinə ayrı-ayrılıqda dini və atalıq məsləhətləri
təqdim etdi. Heyətlər İraqa müqəddəs məkanlarını ziyarət etmək,
sonra isə Hörmətli mərcəi-əqlidin (kölgəsi davamlı olsun) ofisini ziyarət edərək
onun dini və atalıq tövsiyələrindən faydalanmaq üçün gəliblər.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun)
vurğulayıb ki, müqəddəs məkanları ziyarət edən ziyarətçilər bu fürsəti özlərini
dəyişdirmək üçün qaçırmamalıdırlar. Belə ki, bu dəyişiklik onların özlərinə,
davranışlarına, ailələrinə və ümumilikdə cəmiyyətə əks olunmalıdır. Bütün
bunlar İraqın müqəddəs məkanlarına yaxınlaşmağın və bu ziyarətin bərəkəti ilə
mümkündür. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) fərd və
cəmiyyətin həm dünya, həm də axirət xoşbəxtliyinə nail olmaq üçün özünüqiymətləndirmənin
əhəmiyyətini vurğulayıb. Bu, insanın öz nəfsini davamlı olaraq hesaba çəkməsi,
Allahın əmr etdiklərinə əməl etməsi və Onun qadağan etdiklərindən çəkinməsi ilə
mümkündür. Həzrət Peyğəmbərin Əhli-Beytinin (ə.s) yolunu gedərək və haqq
yolunda sabit qalmaq bu məsələdə mühüm rol oynayır.
Hörmətli mərcəi-təqlid ziyarətçilərin suallarını cavablandırıb və söhbəti möminlər üçün hidayət və islah duası ilə tamamlayib. |