Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babil şəhərindəki nümayəndəliyi imam Baqirin (ə.s) simvolik tabut (şəbih) mərasimində iştirak etdi 25/6/2023 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Babil şəhərindəki (mərkəz)
nümayəndəliyi imam Baqirin (ə.s) simvolik tabut (şəbih) mərasimində iştirak
etdi.
Seyid Nuri Əmidi belə
ifadə etdi: “Məsum imamların (ə.s) həyatı hələ də şiələr üçün örnək təşkil edir
və bu, hər zaman belə olacaq. Buna görə də onların xatirəsini əziz tutmaq və
onlara olan vəzifələrimizi yerinə yetirmək üçün buradayıq. İmamların İslam ümmətinə
bəxş etdiyi nəsihətləri, əməlləri və hidayəti unutmaq qeyri-mümkündür”. O, əlavə etdi: “Bu
böyük İmamın (ə.s) həyat yolunu həyatımızın bütün mərhələlərində nümunə götürməklə
bəsirət və tam şüurla sağlam bir həyat üçün onları örnək ala bilərik. Bu, habelə
imam Məhdinin (ə.f) zühurunun zəminini hazırlamaq üçün bir vasitədir.”
Seyid Əmidi bu böyük itki münasibətilə başda imam Zamana (ə.f), böyük din alimlərinə və bütün İslam ümmətinə başsağlığı verdi. |