Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Pakistanın hüquqi katibinə: “İnsanlığa xidmət və sosial ədaləti təmin etmək vəzifəli şəxslərin ən ali vəzifələrindəndir”. 21/1/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx
Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Pakistan İslam Respublikasının
hüquqi katibi cənab Racə Nəim Əkbəri qəbul edib. Görüş, İslam dünyasını
maraqlandıran humanitar və sosial məsələlərin müzakirəsi məqsədilə baş tutub. Görüş zamanı Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) məsuliyyətli və səmimi
şəkildə milli və insani vəzifələri yerinə yetirməyin vacibliyini vurğulayıb. O
bildirib ki, insanlığa xidmət və sosial ədalətin təmin edilməsi vəzifəli şəxslərin
ən yüksək vəzifələrindən biridir. Bundan əlavə, o, cəmiyyət
üzvləri arasında ədalət və əməkdaşlıq ruhunun yayılmasına, eləcə də bəzi düşmən
qüvvələrin İslam cəmiyyətlərini zəiflətmək və onların sabitliyini pozmaq məqsədilə
yaydığı təfriqə və ixtilaflardan uzaq şəkildə elm və bilik prinsiplərinə əsaslanan
daha yaxşı bir gələcəyin qurulmasına çağırıb. Hörmətli mərcəi-təqlid
(kölgəsi davamlı olsun) hakimiyyət orqanlarının hər bir vətəndaş üçün ləyaqətli
həyatın təmin edilməsi istiqamətində düşünülmüş planlar hazırlamasının əhəmiyyətini
vurğulayıb. O, yoxsulluq və cəhalətin aradan qaldırılmasına, həmçinin cəmiyyətin
birliyini və həmrəyliyini qorumağa xüsusi diqqət yetirilməsinin vacibliyini
qeyd edib.
Öz növbəsində, hörmətli Racə Nəim Əkbər, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) tərəfindən göstərilən isti qəbula görə dərin minnətdarlığını bildirib. O, Ayətullahın İslam ümmətini istiqamətləndirmək və onun taleyüklü məsələlərini qorumaq üçün gördüyü böyük işlərə yüksək qiymət verib. Həmçinin, görüş zamanı Ayətullahın irəli sürdüyü dəyərli tövsiyələri və müdrik nəsihətləri böyük məmnuniyyətlə qəbul etdiyini ifadə etdi. |