Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Bəsrədən olan qadınlardan ibarət hövzə tələbə heyətini qəbul etdi 25/1/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Bəsrə şəhərindən gələn
qadınlardan ibarət hövzə tələbə heyətilə görüşü zamanı onları İslam dininin əsaslarına
bağlı qalmağa, Əhli-beyt (ə.s), xüsusilə də Xanım Fatimətuz-Zəhranın (s.ə) pak
həyatını nümunə götürməyə çağırıb. O, Xanım Zəhranın
(s.ə) fəzilətləri haqqında danışaraq buyurub ki, o, atasının – Həzrət Peyğəmbərin
(s) evində saleh bir övlad olmuşdur. Buna görə də ona “Atasının Anası” (Ümmü
Əbiha) ləqəbi verilmişdir. O, həyat yoldaşı imam Əli (ə.s) üçün fədakar bir
zövcə, imam Həsən (ə.s) və imam Hüseynin (ə.s) tərbiyəkar anası olmuşdur. Xanım Fatimə (s.ə)
bilik, təqva, ibadət və Allah-taalaya yaxınlıq baxımından seçilmişdi. O,
hicabına ciddi şəkildə riayət edir, səbir və razılıq içində yaşayır, İslamın təlimlərini
yayırdı. Hörmətli mərcəi-təqlid
(kölgəsi davamlı olsun), insanın öz nəfsini hesaba çəkməsinin və təqva dərəcəsinə
çatmasının vacibliyinə toxunaraq bildirib ki, təqva bütün əməllərin qəbul
olunmasının əsas şərtidir. O, qadın heyətinə uğur, doğru yol və Əhli-beytin (ə.s)
izinə uyğun həyat sürmək üçün dua edib.
Görüşün sonunda hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) bütün İslam ümməti üçün islah, müvəffəqiyyət və xeyirli işlər arzulayaraq dua edib. |