Kərbəlada Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi… Dul və yetim ailələrinə bu mübarək ayda nəzərdə tutulan qida paylarını təqdim etdi 14/2/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Kərbəla şəhərinin Tüveyric
qəsəbəsindəki nümayəndəsi, imam Kazım (ə.s) məscidi və hüseyniyyəsində bu mübarək
ay üçün nəzərdə tutulan qida paylarını dul və yetim ailələrinə payladı. Seyid Qasım Cabir Musəvi
bu barədə açıqlamasında dedi: "Allah-taalanın lütfü və müvəffəqiyyəti ilə
nümayəndəliyimiz bu mübarək Şaban ayında dul və yetim ailələri üçün nəzərdə
tutulan qida paylarını payladı. Yardım alan ailələrin sayı 150-dən çox olub.
Onlar öz paylarını (toyuq əti, un və xurma) rəsmi siyahılar və xüsusi xeyriyyə
proqramı çərçivəsində qəbul etdilər". O, bu xeyriyyə
kampaniyalarının davam edəcəyini bildirərək vurğuladı ki, biz bu ailələrin real
ehtiyaclarını anlayırıq və onların tələbatını vaxtında qarşılamaq üçün tam səylə
çalışırıq. Çünki mövcud vəziyyət bizdən bu ailələrə yardım göstərməyi və imkan
daxilində onlara dəstək olmağı tələb edir.
Seyid Musəvi, həmçinin, bu nəcib işə töhfə verən xeyirxah insanlara minnətdarlığını ifadə edərək dedi: "Onların gördüyü böyük iş Allah-taalanın nəzərindədir, inşallah mükafatını da O verəcək". |