Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəliyi Vasit Universitetinin Ədəbiyyat Fakültəsi tərəfindən təşkil olunan elmi simpoziumda iştirak etdi 14/2/2025 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Vasit şəhərinin Küt
rayonundaki nümayəndəliyi, Vasit Universitetinin Ədəbiyyat Fakültəsi tərəfindən
Mübarək Şaban ayında imamların (ə.s) mübarək mövludlarını anmaq məqsədilə təşkil
edilən elmi simpoziumda iştirak etdi. Simpoziumda çıxış
edən Şeyx Muhəmməd Bədri, Əhli-beytin (ə.s) mübarək doğum günlərini qeyd etməyin
əhəmiyyətindən bəhs edərək dedi: "Bu cür dini mərasimlər Əhli-beytə (ə.s)
bağlılığı gücləndirən mühüm amillərdən biridir. Allah-taala bizə müqəddəs
Kitabında onların sevgisini əmr edərək buyurur: (De ki: Mən sizdən bunun
müqabilində yaxınlarıma məhəbbət bəsləməkdən başqa heç bir mükafat istəmirəm)
(Şura surəsi, 23-cü ayə). Şübhəsiz ki, imamların (ə.s) mövludlarını və vəfatlarını
anmaq, onların fəzilətlərini və çəkdikləri haqsızlıqları xatırlamaq, bu tədbirlər
vasitəsilə İslamın əsas prinsiplərini yaymaq və dini dəyərləri möhkəmləndirmək
və Əhli-beytin (ə.s) yolunu dirçəltməyə xidmət edir". O, çıxışı zamanı
vurğuladı ki, bu cür tədbirlər keçirmək və qanuni vasitələrlə sevinci ifadə etmək
dini ənənələrin davamıdır. Zaman və məkan dəyişsə də, bu adət heç vaxt öz
mahiyyətini itirməmişdir. |