Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bəsrədəki nümayəndəliyi, 500-dən çox tələbənin şəriət vəzifəsi ilə bağlı tədbirdə iştirak etdi 21/1/2024 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bəsrə şəhərinin
nümayəndəliyi, 500-dən çox tələbənin şəriət vəzifəsini yerinə yetirməsi münasibətilə
keçirilən tədbirdə iştirak etdi. Şeyx Müsənna Rubeyi
dedi: “Biz, bu böyük tədbirdə iştirak etdik. Tədbir, bir sıra xeyriyyə təşkilatları
tərəfindən, qızlarımızın şəriət vəzifəsi və yetkinlik yaşına çatmalarını qeyd
etmək üçün təşkil olunmuşdur". O, sözlərinə əlavə
etdi: “Nümayəndəlik olaraq, biz də bu dini sahədə fəaliyyətimizi davam
etdiririk və bu məqsədlə bir çox təbliğat fəaliyyətləri həyata keçiririk. Bütün
səylərimizi, mübarək məzhəbimizi və Əhli-beyt (ə.s) xəttini dəstəkləyən hörmətli
alimlərlə birgə sərf etməyə çalışırıq. Allahdan ölkəmizi və xalqımızı qorusun,
O, duaları eşidəndir və qəbul edir".
Şeyx Rubeyi, xeyriyyə təşkilatlarının göstərdiyi böyük dəstəyi yüksək qiymətləndirərək, onların dini xidmətlər üçün həyata keçirdikləri layihələri təqdir etdiklərini bildirdi və Allahdan hər kəsin əməlini qəbul etməsini dilədi. |