Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Süleymaniyə nümayəndəliyi, Əmirul-muminin imam Əlinin (ə.s) mpvludunun xatirəsinə islami mərasim təşkil etdi 28/1/2024 ![]() |
Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Süleymaniyə şəhərindəki
nümayəndəliyi, İraqın Şimalında,
Əmirul-muminin imam Əlinin (ə.s) – Siddiqul-Əzəm və Faruqul-Əkbər – doğumunun
xatirəsinə islami mərasim təşkil etdi. Şeyx Hüseyn Şuravi,
bu gözəl mərasimdəki çıxışında, bu dini hadisənin möminlərə təsirindən və onun
dinin dirçəlməsindəki mühüm rolundan danışdı. O, Əmirul-muminin imam Əlinin (ə.s)
İslamı müdafiə etməkdəki böyük rolundan və onun nə qədər böyük fədakarlıq
etdiyindən bəhs edərək dedi: “O (ə.s), özünü İslamın qorunması və həqiqətin
yayılması üçün fəda etmişdi, Allahın Peyğəmbərinin (s) peyğəmbərliyinə
inanmışdı və bunun üçün çox şey qurban vermişdi". Şeyx Şuravi,
Əmirul-muminin imam Əlinin (ə.s) həyatını və əbədiyyətə qovuşmuş şanlı dövrünü
insanlara nümunə olaraq göstərdi: “İmam Əli (ə.s) və onun əzəmətli həyat yolu,
hər birinə həyatında ləyaqət qazandıran bir nümunə oldu. O (ə.s), peyğəmbərliyin
təhsilini almış, yüksək əxlaq, elm, igidlik və hikmətlə seçilən bir şəxs idi.
Necə olmamalıdır ki, o, peyğəmbərliyin himayədarı və Muhəmmədin (s) əmisi oğlu
idi". Şeyx Şuravi, bu qiymətli
gündə Mövla Sahibuz-Zamana (ə.f) təbriklərini və ən xoş arzularını bildirdi, həmçinin
mərcəi-təqlidlərə və dünya üzrə Əhli-beyt (ə.s) sevənlərinə təbriklərini
çatdırdı.
|