Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəliyi tərəfindən himayə olunan Bəsrə şəhəri bir sıra dini Ramazan mühazirələrinə ev sahibliyi edir 15/3/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) nümayəndəliyi Bəsrə şəhərində, Deyr bölgəsində, mömin və möminələr
üçün bir neçə Ramazan dini mühazirəsi təşkil edib. Şeyx Müsənna Rubeyi bu dəyərli görüşdə Ramazan ayının önəmini
və onu ibadət, dua və orucla canlandırmağın vacibliyini vurğulayıb. O, həmçinin
bu ayın xüsusi hörmətə malik olduğunu və Allahın ona olan tələblərinin tam şəkildə
yerinə yetirilməsini önə çəkib. Şeyx rubeyi Allahın ayələrinə istinad edərək
belə deyib: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib
edildiyi kimi sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız”. (Bəqərə 2/183)
“Ramazan ayı, insanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə
aydınlaşdıran və haqqı batildən ayıran
Quran Ramazan ayında nazil olmuşdur. Aya yetişən şəxslər oruc tutmalıdırlar; xəstə
və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə
tutsunlar”. (Bəqərə 2/185) Şeyx Rubeyi, təbliğat rolunun vacibliyini və bu böyük fürsətdən
istifadə edərək doğru dini məlumatların yayılmasını vurğulayıb. O, qadının ailəsinin
xoşbəxtliyi və həyatının düzgün idarə olunmasında açar rolunu oynadığını,
xüsusilə də ana, bacı və həyat yoldaşının ailə həyatında əvəzolunmaz olduğunu
qeyd edib. Dinimiz qadının bu mühüm rolunu tanıyır və ona bu vəzifələrini yerinə
yetirmək üçün müxtəlif təlimatlar təqdim edir.
Şeyx Rubeyi qadının ictimai həyatda olan rolunun
vacibliyini də qeyd edib, İslamın ona verilən mühüm vəzifə və hörməti ailənin
xoşbəxtliyini təmin etmək üçün verdiyini vurğulayıb.
|