Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi Müqəddəs Ramazan ayı münasibətilə pulsuz xeyriyyə bazarını açdı 28/3/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi Müqəddəs Ramazan ayı münasibətilə
pulsuz xeyriyyə bazarının açılışını edib. Şeyx Müsənna Rübeyi bildirib: “Nümayəndəlik Allah-taalanın
lütfü və tövfiqi ilə Müqəddəs Ramazan ayı münasibətilə pulsuz xeyriyyə bazarını
açdı ki, yetim və imkansız ailələr bayram üçün geyim və digər ehtiyaclarını ödəmək
məqsədilə pulsuz alış-veriş edə bilsinlər". O, çıxışı zamanı qeyd edib ki, bu xeyriyyə bazarının məqsədi
yetim uşaqların ehtiyaclarını qarşılamaq, onlara geyim və digər lazımi əşyaları
təqdim etməkdir. Bu, hər il xeyir və bərəkət ayının sonuna yaxın həyata keçirilən
illik təşəbbüsdür.
Şeyx Rübeyi, bu xeyriyyə sahəsində fəaliyyət göstərən və töhfə verən hər kəsi təqdir edərək, bazarın uğurunu təbrik edib və hamıya uğurlar arzulayıb. |