Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bəsrə şəhərinin hörmətli şeyxləri, nüfuzlu şəxsləri və əhalisi ilə görüşdü 28/3/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bəsrə şəhərinin Şafi qəsəbəsindəki nümayəndəsi bölgənin bir sıra
hörmətli şeyxləri, nüfuzlu şəxsləri və əhalisi ilə görüş keçirdi. Şeyx Müsənna Rübeyi bildirdi: “Bu görüş, Ayətullah əl Üzma
Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəlik və vəkillik
ofisləri tərəfindən göstərilən xeyirxah səyləri izləmək məqsədilə baş tutdu.
Xüsusilə Müqəddəs Ramazan ayında təşkil olunan və Bəsrə vilayətindəki bir çox əziz
ailəyə xidmət göstərən xeyriyyə tədbirləri, dini moizələr, seminarlar və mədəni-humanitar
proqramlar bu səylərin bir hissəsidir". O, əlavə edib ki, bu fəaliyyətlərin hamısı, ehtiyaclı və
imkansız ailələrin Müqəddəs Ramazan ayı boyunca gündəlik ehtiyaclarını
qarşılamaq məqsədi daşıyan dini və inkişaf yönümlü bir proqram çərçivəsində həyata
keçirilib. Şeyx Rübeyi, həmçinin nümayəndəliyin göstərdiyi bu dəyərli
səylərə görə razılığını ifadə edən və təşəkkürlərini bildirən Şafi qəsəbəsinin əziz
sakinlərinə minnətdarlığını bildirib.
|