Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) türkiyəli Ələvi zəvvarlardan ibarət heyəti qəbul edib və müqəddəs ziyarətgahları ziyarət zamanı təqva və əxlaqi yüksəlişin önəmini vurğulayıb 8/4/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun) İraqdakı müqəddəs ziyarətgahlara səfərləri çərçivəsində onu ziyarət edən
türkiyəli Ələvilərdən ibarət heyətlə görüşüb. Görüş zamanı O, möminlərin həyatında
mühüm sayılan bir sıra atalıq nəsihətləri və dəyərli tövsiyələr verib. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) çıxışında təqvalı
olmağın zəruriliyinə diqqət çəkərək bildirib ki, Əhli-beyt imamları (ə.s) rəvayətlərində
nəfsin hesaba çəkilməsinin təqva yolunda ilk addım olduğunu vurğulayıblar. Bu mərhələ
insanın doğru ilə yanlışı ayırd etməsində və öz yolunu düzəltməsində ona
yardımçı olur. O həmçinin qeyd edib ki, müqəddəs ziyarətgahlara edilən
ziyarət yalnız dini ayinlərin yerinə yetirilməsi deyil, eyni zamanda insanın nəfsini
tərbiyə etməsi və əxlaqını ucaltdığı mənəvi bir dayanacaqdır. Zəvvarları, cəmiyyətdəki
davranış və münasibətləri ilə Əhli-beyt (ə.s) yolunun canlı nümayəndələri
olmağa çağırıb. Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfin
elmi və mənəvi mərkəz kimi mövqeyini, habelə bu şəhərdəki hövzənin İslam düşüncəsinin
əsaslarını möhkəmləndirən böyük alim və fəqihlər yetişdirdiyini vurğulayıb.
O, həmçinin imam Hüseynin (ə.s) dini qorumaq naminə böyük fədakarlıqlar etdiyini qeyd edərək bildirib ki, Həzrət Muhəmmədin (s) gətirdiyi əsl İslam – Əhli-beyt (ə.s) vasitəsilə bizə çatan – həqiqi dəyərlər, ədalət və insan ləyaqətindən ibarət bir sistemdir və bəşəriyyətin səadəti və sabitliyini təmin edir. |