Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Neynəva şəhərində Müqavimət Xalq Səfərbərlik Qüvvələrinin Neynəva Əməliyyatlar Komandanlığını ziyarət edib 10/4/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Neynəva şəhəri Sincar
rayonundakı nümayəndəsi İraq-Suriya sərhədində yerləşən Müqavimət Xalq Səfərbərlik
Qüvvələrinin Neynəva Əməliyyatlar Komandanlığını ziyarət edib. Seyid Muhəmməd Ərəci komandanlıq qərargahına etdiyi səfər
zamanı bu qardaşlıq əlaqəsinin əhəmiyyətindən danışaraq bildirib: “Həmin bölgələrdə
yerləşən döyüşçülərin vəziyyəti, ehtiyacları ilə tanış olduq və sərhəddən
qaynaqlana biləcək hər hansı terror fəaliyyətinin qarşısını almaq üçün diqqətli
və ehtiyatlı olmaları barədə göstəriş verdik".
Seyid Ərəci onu da qeyd edib ki, Haşdi-Şəəbi və təhlükəsizlik qüvvələrinin ön xətdə mövcudluğu, əziz vətənimizin hər bir bölgəsində yaşayan vətəndaşlarımız üçün güvən və arxayınlıq mesajıdır. |