Şeyx Əli Nəcəfi: Hüseyni islahat – insanın Allahla, cəmiyyətlə və özü ilə olan münasibətini əhatə edir 3/7/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) təmsilçisi və onun Nəcəf-əşrəfdəki mərkəzi ofisinin müdiri Şeyx
Əli Nəcəfi, Müqəddəs Kərbəla şəhərində, Hacı Casim Hənnun Hüseyniyyəsində təşkil
olunan Muhərrəm ayının onuncu gecəsi əza məclisində iştirak edib. Məclisdə etdiyi çıxışında Şeyx Əli Nəcəfi bildirib ki, imam
Hüseynin (ə.s) qiyamı, ümmətin və cəmiyyətin islahı üçün olmuşdur. Bu islahat hər
bir fərdin gündəlik həyatına aiddir. O qeyd edib ki, bu islahat insanın Allahla
olan münasibətindən başlayır, daha sonra şəriət hökmlərinə əməl etməklə cəmiyyətlə
olan münasibətlərinə sirayət edir və nəfsin islahı və tərbiyəsi ilə tamamlanır.
Bütün bunlar imam Hüseynin (ə.s) mübarək qiyamında istədiyi hədəfləri təcəssüm
etdirir. Şeyx Əli Nəcəfi əlavə edib ki, Cənnət gənclərinin ağası
imam Hüseyn (ə.s) öz canını, əhli-beytini və səhabələrini fəda edərək ümməti
azğınlıqdan xilas etməyə çalışıb. O, bütün möminləri davranış və şüur
baxımından Hüseyni olmaq çağırışı ilə səsləyib — yəni imam Hüseynin (ə.s) bizdən
istədiyi şəkildə yaşamaq.
Sonda o, Hüseyni mərasimlərin dirildilməsinin, əza məclislərinin təşkil olunmasının və Seyyiduş-Şuhədaya (ə.s) ziyarətin vacibliyini vurğulayıb. Əhli-beytin (ə.s) rəvayətlərindən sitat gətirərək bildirib ki, ziyarət edənlərin Allah yanında və imam Hüseyn (ə.s) ilə onun ataları və övladları yanında böyük bir dəyəri vardır. Onların adları nurlu səhifələrə yazılmışdır, çünki onlar səmimi niyyət və ixlaslı vilayət ilə Hüseyni məsələni yaşadırlar — bu məsələ ki, zülm və haqsızlıq qarşısında haqlı və qanuni bir dirənişdir. |