Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki nümayəndəsi, Raşidiyyə bölgəsində Muhərrəm ayının ilk on gecəsi boyunca təşkil olunan Hüseyni əza məclislərinə himayədarlıq etmişdir. Bu mərasimlər imam Hüseynin (ə.s) və onun pak Əhli-beytinin (ə.s) şəhadətini yad etmək məqsədilə keçirilmişdir 4/7/2025 ![]() |
Bu məclislər zamanı Şeyx Kərim Saidi bildirib ki, Hüseyni
inqilab özündə böyük mənalar və əbədi insani prinsipləri daşıyır. O qeyd edib
ki, bu inqilab sadəcə 1400 ildən əvvəl baş vermiş bir tarixi hadisə deyil, əksinə,
o, peyğəmbərlik yolunun canlı davamıdır və batil əhli tərəfindən gizlədilməyə
çalışılan haqq və ədalət dəyərlərinin yaşamasıdır. O əlavə edib ki, imam Hüseynin (ə.s) qiyamı dini xilas etmək,
şəriəti diriltmək və İslam ümmətini Peyğəmbərin (s) şəfqətli risalətinə uyğun şəkildə
islah etmək üçün baş vermişdir. İmam Hüseyn (ə.s) dərk etmişdi ki, bəşəriyyətin
gələcəyi onun şəhadətindən asılıdır və Kərbəla torpağını sulayan onun qanı –
cihad, fədakarlıq və ixlasla – hər zaman ədalətsizliyə boyun əyməyən, zülmə
razı olmayan insanlar yetişdirəcək. Onun qiyamı əbədidir və islah çağırışı, fədakarlıq
nə qədər böyük olsa da, daim davam edəcəkdir.
Çıxışının sonunda Şeyx Saidi, imam Zamana (ə.f), mərcəi-təqlidlərə, İslam ümmətinə və xüsusilə də Əhli-beyt (ə.s) davamçılarına imam Hüseynin (ə.s) Aşura şəhadətinə və qanın qılınc üzərindəki qələbəsinə görə dərin hüznlə başsağlığı vermişdir. |