Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi, Şafi rayonunda yerləşən “Darul-Fərəh” yetimxanasına məxsus xidmət karvanını ziyarət etmiş və Muhərrəm ayının əzadarlıq tədbirləri çərçivəsində dini moizə ilə çıxış etmişdir. Tədbirdə yetimlər və karvanın iştirakçıları da iştirak etmişlər

5/7/2025

Ziyarət zamanı Seyid Muhəmməd Cabiri Hüseyni mövzulu bir moizə vermişdir. Onunla birlikdə, rayondakı mərcəiyyət nümayəndəsi olan hörmətli Şeyx Musənna Rubeyi də iştirak etmişdir. Moizədə Hüseyni qiyamın insanlıq üçün təqdim etdiyi islahat və fədakarlıq dərslərinin əhəmiyyətindən bəhs olunmuşdur. O vurğulamışdır ki, imam Hüseynin (ə.s) Aşurası, bəşəriyyətin islahı və xeyir yolunun davamı baxımından Həzrət Adəmdən (ə.s) başlayıb qiyamətədək uzanan bir silsilənin əsas həlqəsidir.

Seyid Cabiri əlavə edib ki, bu gün Hüseyni minbərlərin səsi dünyanın hər bir yerində ucalmaqdadır və Hüseyni nişanələr dünyanın dörd bir yanına yayılmışdır. Bu isə qanın qılınc üzərindəki, haqqın batil üzərindəki qələbəsi deməkdir və bu tarixi dəyişdirən böyük qiyamın bəhrələrindən biridir.

Çıxışının sonunda Seyid Cabiri, imam Zamana (ə.f), mərcəsi-təqlidlərə, İslam ümmətinə və xüsusilə də Əhli-beyt (ə.s) davamçılarına imam Hüseynin (ə.s) Aşura şəhadətinə və qanın qılınc üzərindəki qələbəsinə görə dərin hüznlə başsağlığı vermişdir.