Peyğəmbər Əkrəmin (s) və nəvəsi imam Cəfər Sadiqin (ə.s) mübarək mövlud günləri münasibətilə… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) dini elm tələbələrinin əmmamə mərasimini keçirib

10/9/2025

Həzrət Rəsulullah Muhəmmədin (s) və nəvəsi imam Cəfər Sadiqin (ə.s) mövludu münasibətilə İraqdan və müxtəlif ərəb-İslam ölkələrindən bir qrup dini elm tələbəsinin əmmamə mərasimi keçirilib. Bu mərasim Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) xeyir-duası ilə baş tutub.

Mərasimdə etdiyi çıxışda Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) dini elm yoluna daxil olmağın uca bir şərəf və böyük məsuliyyət olduğunu vurğulayıb. O, tələbələri elm yolunda ixlaslı olmağa, şəri məsuliyyətlərin yerinə yetirilməsində əmanətə sadiq qalmağa və Əhli-beyt (ə.s) məktəbinin düşüncə və metodunu bütün dünyada yaymağa çağırıb.