|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki nümayəndəsi Xanım Zəhra (s.ə) haqqında dini mühazirə keçirdi 6/10/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Neynəva şəhərindəki ofisinin nümayəndəsi Xanım Fatimətuz-Zəhra
(s.ə) və onun mübarək həyatı barədə dini mühazirə təşkil etdi. Tədbirdə “kifai
fətvası”nın qəhrəmanlarından bir qrup iştirak etdi. Şeyx Həsən Tai mühazirəsində bildirdi: “Həzrət Fatimətuz-Zəhranı
(s.ə) tanımağın əhəmiyyəti ondadır ki, O, həyatın bütün sahələrində qadın üçün ən
gözəl nümunədir. O, elmi və dini bir məktəb, elm, iman və səadət qapısı, nicat
ölçüsü və Yaradanın qüdrətinin təcəllasıdır. Onun həyatının öyrənilməsi müsəlmanlara
bərəkət bəxş edir, onları zamanın imamını tanımağa yönəldir və İslam dinini
düzgün anlamaq üçün əsas mənbə rolunu oynayır – bunda heç bir şübhə yoxdur". O, həmçinin qeyd etdi ki, Xanım Zəhra (s.ə) İslamda elmi
bir məktəb idi. Qadınlar Onun ətrafında toplanar, ondan İslam elmlərini öyrənərdilər.
O, ailə və həyat yoldaşı kimi məsuliyyətlərini yerinə yetirməklə yanaşı, özünü
də maarifləndirir və başqalarına elm öyrədirdi. Həzrət Peyğəmbər (s) isə
buyurmuşdur: “İbadətlərin ən fəzilətlisi fiqhdə dərin bilik qazanmaqdır".
Şeyx Tai sözlərinin sonunda vurğuladı ki, biz Əhli-beytlə (ə.s) davamlı əlaqədə olmağa çox ehtiyac duyuruq. Çünki onlar Allah-taalanın qapıları, Onun risalətinin daşıyıcıları, elm xəzinəsinin əmanətçiləri və Rəbbin razılığına, Cənnətinə aparan ən aydın yoldurlar. |