|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Divaniyyə şəhərindəki nümayəndəsi Qadisiyyə Universitetinə səfər edərək Həzrət Peyğəmbər Əkrəmin (s) həyatı mövzusunda keçirilən elmi seminarda iştirak etdi 9/10/2025 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Divaniyyə vilayətindəki nümayəndəsi Qadisiyyə Universitetinin Tərbiyə
fakültəsinə səfər etdi. Bu səfər, Rəhmət Peyğıəmbərin (s) həyatına həsr olunmuş
elmi və fikri seminara dəvət əsasında həyata keçirildi. Şeyx Muhəmməd Təhmaz Həsnavi səfər haqqında dedi: “Qadisiyyə
Universitetinin Tərbiyə fakültəsinə səfərimizin məqsədi bizə ünvanlanan dəvətə əsasən
Rərhəmət peyğəmbərin (s) həyatı barədə keçirilən elmi seminarda iştirak etmək
idi. Bu, həm də ümumi xeyir naminə əməkdaşlığımızı möhkəmləndirmək və fakültənin
əziz tələbələrimiz üçün göstərdiyi dəyərli xidmətlərlə yaxından tanış olmaq
üçün gözəl bir fürsət idi". O, əlavə etdi ki, nümayəndəlik bu əməkdaşlığın gücləndirilməsi
və elmi-akademik səviyyənin yüksəldilməsi üçün zəruri dəstək ruhunu yaymaq
istiqamətində çalışır: “Elm cəmiyyətlərin
inkişafının əsas dayağı, ölkələrin tərəqqisinin təminatıdır. Əldə edilən uğurlu
nəticələr, şübhəsiz ki, həyatın bütün sahələrində birliyimiz və həmrəyliyimiz
sayəsində mümkün olur".
Şeyx Həsnavi sonda universitetin və fakültənin hörmətli professorlarına dərin təşəkkürünü və minnətdarlığını ifadə edərək, onların ictimai xeyir naminə göstərdikləri səmərəli səyləri yüksək qiymətləndirdi. |