|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Sincar bölgəsinin tanınmış ağsaqqallarından ibarət nümayəndə heyətini qəbul edərək bildirdi: “Nəcəful-Əşrəf və mərcəiyyətin evi bütün iraqlılar üçündür". 19/10/2025 ![]() |
Ayətullah əl
Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və Nəcəful-Əşrəfdəki
mərkəzi ofisinin müdiri, hörmətli Şeyx Əli Nəcəfi Neynəva şəhərinin Sincar qəzasının
şeyx və ağsaqqallarından ibarət bir nümayəndə heyətini qəbul etdi. Görüş zamanı
Şeyx Əli Nəcəfi qonaqları səmimiyyətlə qarşılayaraq vurğuladı ki, Nəcəful-Əşrəf
və dini mərcəiyyətin evi tarix boyu və bu gün də bütün iraqlılar üçün bir ocaq
olmuşdur və mərceiyyətin qapıları ölkənin bütün övladlarının üzünə heç bir fərq
qoymadan açıqdır. O, əlavə etdi ki, ali dini mərceiyyə İraqın birliyinin qalası
və xalqının izzətinin qoruyucusu hesab olunur. Şeyx Əli Nəcəfi
həmçinin qeyd etdi ki, Sincar əhalisi və digər şəhərlərin sakinləri İraqın
milli toxumasının ayrılmaz hissəsidir, bütün icmalara hörmətlə yanaşmaq və
onların haqlarını qorumaq dini və milli bir vəzifədir. O vurğuladı ki, mərceiyyə
bütün iraqlılara ata qayğısı ilə baxır, onların təhlükəsizliyi və sabitliyi
üçün çalışır. O, həmçinin gəncləri
elm və əməl sahəsində ciddiyyətə və fədakarlığa, vətənə xidmətə, dini və mədəni
kimliyi qorumağa çağırdı və qeyd etdi ki, əsil dəyərlərə bağlı qalmaq, elm və
quruculuğa davam etmək İraqın inkişafı və sabitliyinin yeganə yoludur.
Nümayəndə heyətinin
üzvləri isə Şeyx Əli Nəcəfiyə səmimi qəbuluna və ata qayğısına görə təşəkkür edərək,
ali dini mərcəiyyətin milli birliyi möhkəmləndirməkdəki və bütün iraqlılara
istisnasız qayğı göstərməkdəki mühüm rolunu yüksək qiymətləndirdilər. |