Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi ixtisaslaşmış Quran elmi seminarında iştirak edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi ixtisaslaşmış Quran elmi seminarında iştirak edib

3/12/2025




Bəsrə – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərinin Mədinə  bölgəsindəki ofisinin nümayəndəsi “Tilavət qaydalarının tədrisi: mövcud vəziyyətə tənqidi baxış və inkişaf perspektivləri” mövzusunda keçirilən ixtisaslaşmış Quran elmi seminarında iştirak edib. Seminar Müqəddəs Nəcəful-Əşrəfdəki Əmirul-möminin (ə.s) hərəminin Baş Katibliyinə bağlı Darül-Qurani-Kərim tərəfindən Həyyaniyyə bölgəsində təşkil olunub.

Seyid Muhəmməd Cabiri bildirib: “Bu səmərəli iştirak Quran sahəsindəki işlərin yaxından izlənməsi və bu cür elmi toplantılarda iştiraka təşviq məqsədimizi əks etdirir. Xüsusilə də seminar Müqəddəs Ələviyyə Hərəminin ixtisaslaşmış müəllim və alimlərindən ibarət elmi heyətin, eləcə də Qurani-Kərimlə məşğul olan müəssisə və mərkəzlərin iştirakı ilə keçirilib”.

O qeyd edib ki, nümayəndəlik bu kimi seminar və intellektual forumlarda iştiraka xüsusi önəm verir. Çünki bu tədbirlər Qurani-Kərimin ayələri üzərində düşünmə və təfəkkür bacarıqlarının inkişafına, nəticə etibarilə İslam şəriətinin daha dərindən anlaşılmasına və onun gündəlik həyata tətbiqinə zəmin yaradır.

Seyid Cabiri bu cür seminarların və onlarda iştirakın əhəmiyyətini vurğulayaraq, onların böyük mənalar və elmi faydalar daşıdığını, bu biliklər vasitəsilə Allahın Kitabına xidmət yolunda daha möhkəm addımlar atmağın mümkün olduğunu bildirib.