|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) İran İslam İnqilabının rəhbəri, mücahid Ayətullah əl üzma Seyid Xameneinin (r) şəhadəti münasibətilə bəyanatı 1/3/2026 ![]() |
Bismilləhir-Rahmənir-Rahim. Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf
qayıdacağıq. Uca və Əzəmətli Allahdan başqa heç bir qüvvə və güc sahibi yoxdur. Allahın vədinə iman edən qəlblərlə İran İslam
İnqilabının rəhbəri, mücahid Ayətullah əl Üzma Seyid Xameneinin (r) və onunla
birlikdə şəhid olan silahdaşlarının şəhadəti münasibətilə başsağlığı verir,
onları ehtiramla yad edirik. Hörmətli Seyid öz çiyinlərində İslam ümmətinin məsələlərinə
dəyər qazandıran böyük bir dirçəliş layihəsini daşıyırdı. O, onilliklər boyu
İran İslam Respublikasına sabitlik, hikmət, mətinlik və izzətlə rəhbərlik etdi,
ölkənin beynəlxalq mövqeyini möhkəmləndirdi və haqq-ədalət yolunda zəngin bir
irs, mühüm nailiyyətlər qoyub getdi. Ümid edirik ki, o, imam Sahibəz-Zamanın (ə.f) və Xanım
Zəhranın (s.ə) yanında qərar tapmışdır. İran xalqına və onu sevənlərə səbir, Allah dərgahında
isə böyük mükafat ümidi arzulayırıq. Əminik ki, əziz İran xalqı öz yolunda və
saleh əcdadlarının yolunda möhkəm, sabit və sarsılmaz qalacaq. Onun hədəfə alınaraq qətlə yetirilməsi kimi bu böyük və
xain cinayət, haqqı, dini və onun daşıyıcılarını aradan qaldırmağa yönəlmiş
addımlar silsiləsinin bir hissəsidir. Lakin Allah Öz nurunu tamamlayandır –
kafirlər və müşriklər istəməsələr belə. Zalımlar tezliklə hansı aqibətə düçar olacaqlarını biləcəklər.
Həqiqətən, gözəl aqibət müttəqilər üçündür.
Bəşir Hüseyn Nəcəfi |