|
Ziqar şəhərindən olan gənclik kurslarının tələbələri Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisini ziyarət edib 9/2/2026 ![]() |
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) ofisi Ziqar şəhərindən gələn gənclik kurslarının tələbələrindən
ibarət nümayəndə heyətini mübarək ofisində qəbul edib. Nümayəndə heyəti bu
ziyarətdən məmnunluğunu ifadə edərək bildirib ki, bu səfər gənclər arasında
dini və əxlaqi şüurun gücləndirilməsinə yönəlmiş maarifləndirici proqram çərçivəsində
həyata keçirilir. Onları hörtmətli Seyid Muhəmməd Tahir Cəzairi qarşılayıb və
hörmətli mərcəi-təqlid Nəcəfinin (kölgəsi davamlı olsun) tövsiyə və göstərişlərini
çatdırıb. Seyid Cəzairi vurğulayıb ki, elm ilə silahlanmaq ümmətlərin
dirçəlişinin əsası və cəmiyyət quruculuğunun dayağıdır. Eyni zamanda namazın
qorunmasının vacibliyini qeyd edib; çünki namaz dinin sütunu və bəndənin Rəbbi
ilə əlaqəsidir. Həmçinin valideynlərə qayğı və onlara yaxşılıq etməyin Allahın
razılığını qazanmaq və həyatda müvəffəq olmaq üçün böyük təsiri olduğunu
bildirib. O əlavə edib ki, valideynlərə – xüsusilə anaya – hörmət və
ehtiram göstərmək böyük bir xəzinə və ilahi bir nemətdir. Bu, dünya və axirətdə
uğurun əsası, sağlam ailənin qurulması və sağlam cəmiyyətin təməlidir. Valideynə
itaət həyatda bərəkət gətirir və nəsillər arasında sevgi və mərhəmət bağlarını
gücləndirir. Hörmətli Seyid həmçinin insanın öz həyatına rəhbər
olmasının vacibliyinə toxunub. O bildirib ki, insan özünə nəsihət etməli, nəfsini
nəzarətdə saxlamalı, valideyn və tərbiyəçilərin yönləndirmələrinə əməl etməlidir.
Hər bir insanın həyatında aydın bir məqsədi olmalı, öz potensialını düzgün
istiqamətdə istifadə etməli, iş və istirahət arasında tarazlıq saxlamalı və
Allahın razılığını qazanacaq şəkildə gələcəyini planlaşdırmalıdır.
Bundan əlavə, vaxtın idarə olunmasının əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, həyat yalnız çalışmaq və aktivliklə dolu olmamalıdır. İş və istirahət arasında balans qurmaq, məqsədləri planlaşdırmaq və vaxtı həm fərd, həm də cəmiyyət üçün faydalı işlərə sərf etmək lazımdır. Vaxtın dəyərini dərk etmək və onu hikmətlə istifadə etmək təqvanın bir hissəsi və şəxsi inkişafın, uğurun vasitəsidir. |