|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi Şattül-Ərəb bölgəsində “Nurul-Mubin” Qurani-Kərim Cəmiyyətinin müəllimlərini təltif edib 29/1/2026 ![]() |
Bəsrə – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi, Qurani-Kərim mədəniyyətinin
yayılmasında və şüurlu, tərbiyəli Quran nəslinin yetişdirilməsində göstərdikləri
mübarək səylərə görə “Nurul-Mubin” Qurani-Kərim Cəmiyyətinin seçilmiş qiraətçi
müəllimlərini mükafatlandırıb. Ofisin nümayəndəsi Seyid Muhəmməd Cabiri təltif mərasimində
bildirib: “Əziz Nurul-Mubin Qurani-Kərim Cəmiyyətinin müəllim qardaşlarını təltif
etmək onlara təqdim edə biləcəyimiz ən az təşəkkürdür. Çünki onlar islami əxlaq
və dəyərlərə bağlı, cəmiyyət qarşısında məsuliyyətini dərk edən Quran nəsli
yetişdirmək üçün böyük səylər göstərirlər". Seyid Cabiri həmçinin qeyd edib ki, onların Şəban ayı
münasibətilə keçirilən mövlud tədbirlərində Qurani məclislərlə iştirak etmələri
Qurani-Kərimə və Əhli-beytə (ə.s) bağlılığın güclənməsində mühüm təsir göstərib.
O vurğulayıb ki, bu cür fəaliyyətlər ümumilikdə cəmiyyətin iman kimliyinin möhkəmlənməsində
təsirli rol oynayır. Sonda bildirilib ki, təltif mərasimində müəllimlərə xatirə
qalxanları və təşəkkür sertifikatları təqdim olunub və “Nurul-Mubin” Qurani-Kərim
Cəmiyyətinin Qurana və onun əhlinə xidmət sahəsində oynadığı öncül rol yüksək
qiymətləndirilib.
|