|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) zəvvar heyətlərini qəbul etməyi davam etdirir və zəvvarlara ata qayğısı ilə dini tövsiyələr verir 30/7/2026 ![]() |
Nəcəful-Əşrəf
– Mərkəzi ofis Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) bir sıra İslam ölkələrindən,
başda İran İslam Respublikası, Pakistan İslam Respublikası və Hindistan
Respublikası olmaqla, gələn zəvvar heyətlərini ayrı-ayrılıqda qəbul etməyə
davam etmişdir. Hörmətli
mərcəi-təqlid (kölgəsi davamlı olsun) möminlər üçün dua edərək Allah-taaladan
onların Böyük Peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə.s) olan vilayət və vəfadarlıq
üzərində sabitqədəm olmalarına müvəffəq etməsini və müsəlman ölkələrini hər cür
bəladan qorumasını diləmişdir. Hörmətli
mərcəi-təqlid (kölgəsi davamlı olsun) görüşləri və verdiyi tövsiyələr zamanı zəvvarlar
üçün əhəmiyyətli olan bir sıra dini məfhumları izah etmiş, Əhli-beytin (ə.s) məqam
və mövqeyini açıqlamışdır. Bildirmişdir ki, onlar düzgünlük və islah yoluna,
dünya və axirətin xeyrinə, Allah-taalanın və Onun Rəsulunun (s) razılığına
aparan yollarıdır. O,
möminin özünü hesaba çəkməsinə, iman yolunda özünütənqid və özünütərbiyə səviyyəsini
yüksəltməsinə xüsusi diqqət yetirməsinin zəruriliyini vurğulamışdır. Beləliklə,
insan islah və ilahi razılığa aparan yollara nail ola bilər. Həmçinin tövsiyə
etmişdir ki, insan Əhli-beyt imamlarını (ə.s) həyatında ən uca və ali nümunə,
öz davranış və əməllərini ölçdüyü meyar qərar versin.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) bununla yanaşı bir sıra dini nəsihət və tövsiyələr də vermiş, görüşlərini hörmətli zəvvarlar üçün xeyir, islah və səadət diləyərək etdiyi dualarla yekunlaşdırmışdır. |