Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi, Nəcəful Əşrəf İslam mədəniyyət paytaxtı konfransında iştirak edib. 5/3/2011 |
Şeyx Əli Nəcəfi
çıxışı zamanı, Nəcəfin əhəmiyyəti və dünyada mədəniyyət və müqəddəsliyini qeyd
etdi. Burada İmam Əli (ə.s )-ın qəbrinin və Peyğəmbərlər və Allah dostlarının qəbrlərinin
olduğunu qeyd etdi. Nəcəful Əşrəfin İslam mədəniyyəti paytaxtı seçilməsi münasibətilə
keçirilən bu konfrans ilk konfransdır. Burada din alimləri və akademiklər
iştirak edir. Dünyanın bir çox ölkələrindən gəlmiş o, cümlədən
Çin, Hollandiya, Amerika, Ərəb ölkələrindən gəlmiş şəxsiyyətlərdə bu konfransda
iştirak edir. Konfrans üç gün davam edəcək. Şeyx Əli Nəcəfi Nəcəful
Əşrəfin 2012-ci ildə islam mədəniyyəti paytaxtı seçilməsinin bu şəhərin həqiqi
qiymətinin özünə qaytarılması olduğunu bildirdi. Bu şəhər müsəlmanlar üçün bir qaladır.
|