Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun ) iranlı qonaqlardan ibarət nümayəndə heyətinə: 9/11/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı
olsun ) İraqdakı müqəddəs ziyarətgahlara ziyarətə gələn İran İslam
Respublikasının vətəndaşlarından ibarət nümayəndə heyətini qəbul edib. Bu, Hörmətli
Mərcəi Təqlidin (kölgəsi davamlı olsun ) öz mübarək mərkəzi ofisində möminləri və
ziyarətçiləri qəbul etmək proqramı çərçivəsində baş verib. Hörmətli Mərcəi Təqlid (kölgəsi davamlı olsun ) mübarək şəri
hökmlərə diqqət yetirmək anlayışına diqqət yetirən bir sıra göstəriş və tövsiyələr
təqdim etdi. Hansı ki, o, dünya və axirət xeyri üçündür. Əzəmətli peyğəmbərə (s.ə.v.s ) və onun pak və pakizə ailəsinə mənsub olmaq şərəfinin ciddiliyinə
işarədir. Hansı ki, onların halal və haram olan müddəalarına dair təlimlərinə
tam və ciddi riayət etmədən, müstəhəbləri yerinə yetirmədən və məkruh işlərdən
çəkinmədən baş tutmaz. Bundan əlavə, Hörmətli Mərcəi Təqlid (kölgəsi davamlı
olsun ) mömin qadının Xanım Fatimeyi-Zəhranın (s.ə ) həyat tərzinə sadiq
olmasının vacibliyini vurğuladı ki, bunlardan birincisi iffət, paklıq və örtünmə
müddəalarına tam bağlılıqdır. Buna görə də cəmiyyətin islahatı qadınların islahatı
ilədir. Nümayəndə heyəti öz növbəsində Hörmətli Mərcəi Təqlid (kölgəsi davamlı olsun ) verdiyi məsləhət və göstərişlərə görə təşəkkür və minnətdarlığını
bildirdi. O, möminləri hər cür bəlalardan qoruması və ummətin əlini haqq yoluna
çəkməsi üçün Allaha dua etdi.
|