Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun ) Diyalədaki ofisinin nümayəndə heyəti Fatimiyyə (ə.s ) yürüşündə iştirak etmək üçün hazırlıqlara başlayıb. 11/10/2022 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun ) Diyalə şəhəri, Əs-Salam kəndindəki nümayəndə heyəti, ikinci rəvayətə
görə, pak Xanımın (ə.s ) şəhadətini yad etmək üçün yaxın günlərdə keçiriləcək
Fatimiyyə (ə.s ) yürüşündə iştirak etməyə hazırlaşır.
Şeyx Harun Muhəmmədi dini toplantı zamanı Nəcəful-Əşrəfdə
Hörmətli Mərcəi Təqlidin (kölgəsi davamlı olsun ) ofisindən İmam Əlinin (ə.s ) hərəminə
qədər başlayan həmin yürüşdə iştirak edərək, xanım Zəhranın (ə.s ) məzlumiyyətini
diriltməyin, ikinci rəvayətə görə, Xanım Zəhranın (ə.s ) şəhadətini yad etmək,
İmam Əliyə (ə.s ) başsağlığı vermək üçün başlanacaq bu əbədi İslam yürüşündə
iştirak etməyin vacibliyindən danışdı.
O, çıxışı zamanı diqqətə çatdırıb ki: “Nümayəndə heyəti bu
müqəddəs ayində iştirak etmək üçün vahid bir dini proqram hazırlayıb. Onun ötən
illərdəki daimi iştirakı kimi bu il də iştirakları daha geniş olacaq inşallah .
Şeyx Harun Muhəmmədi, bu ağrılı xatirə ilə əlaqədar gözlənilən
İmam Mehdiyə (Allahu-təala onun zühurunu tezləşdirsin ) və bu ağrılı faciəyə görə
Nəcəful-Əşrəfdə əzəmətli mərcəi təqlidlərə və islam xalqına başsağlığı verdi.
|