Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Məktəbin verdiyi rəsmi geyimə əməl etmək vacibdir? Əgər riayət olunmasa hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər geyim şəriətlə müxalif deyilsə rəsmi paltardan başqa cür geyinmək icazəli deyil. Allah daha yaxşı biləndir.
Sual: Bəzi tələbələr dərs əsnasında dərsi yazmırlar, və öz aralarında danışırlar. Dərs bitdikdən sonra bizdən həmin yazıları istəyirlər. Bizim o, yazıları onlara verməyimiz caizdir?
Cavab: Allahın adı ilə, Sizin yazıları verməyiniz caizdir. Lakin o, tələbələr günah iş görüblər. Müəllimin və dərsin haqqına giriblər. Öz yoldaşlarına və müəlliminə qarşı zülm ediblər. Allah hidayət edən və alimdir.
Sual: Tələbə oğlanla tələbə qızın tələbələrdən qırağ bir yerdə oturmaları şəri cəhətdən xəlvət hesab olunur?
Cavab: Allahın adı ilə, Haram xəlvət hesab olunur. Allah daha yaxşı biləndir.
Sual: Əgər hicablı qadının geyimi nəzər cəlb edirsə bunun hökmü nədir?
Cavab: Allahın adı ilə, Qadının səsi və hərəkəti və geyimi ilə şəhvət nəzərlərini özünə cəzb etdirməsi caiz deyil. Allah alim və hidayət edəndir.
Sual: Oğlan və qızların üniversitetlərdə bir yerdə dərs oxumasının şəri həddi nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Oğlanın naməhrəm qadına baxması və danışması zəruri miqdardan artığı caiz deyil. Həkim və xəstənin arasında olan zəruri baxış kimi. Allah daha alimdir.
Sual: Müəllimə bəzi kəlmələrlə ədəbsizlik etməyin hökmü nədir?
Cavab: Allahın adı ilə, Yuxarıda kı, sualın cavabın da bu sualın cavabı verildi. Allah hidayət edəndir.
Sual: Müəllimin dərs danışdığı bir vaxtda danışmağın hökmü nədir?
Cavab: Allahın adı ilə, Bu əməl dərsə xəyanətdir. Həmçinin müəllimə hörmətsizlikdir. Hər ikisi haram işdir. Allahdan bağışlanmaq istəməkdən əvvəl gərəkdir ki, müəllimdən üzrxahlıq edilsin. Allah hidayət edəndir.
Sual: Biz üniversitet tələbəsiyik. Öz ruhumuzda boşluq hiss edirik. Bu boşluğu nə ilə aradan qaldırmaq olar? Biz sizdən bu barədə nəsihət istəyirik?
Cavab: Allahın adı ilə, Sizə müstəhəb əməllərdən bəzisinə (gecə namazı, quran oxumaq, sübh namazının təqibatını eləmək, təqibata aid dualar) əməl edin. Bu əməllər sizin ruhunuzu paklaşdırıb sizi ruh düşgünlüyündən xilas edəcək. Allah hidayət edəndir.
Sual: Mən üniversitet tələbəsiyəm. Bizim aramızda bir qızın sevgilisinin olmaması eyb kimi dəyərləndirilir. Mənim özümə sevgili tapmağım icazəlidir? Əgər icazəli deyilsə bu üniversitetdə bizim aramızda nadir hal kimi qiymətləndiriləcək və mənə eyb kimi görəcəklər.
Cavab: Allahın adı ilə, Bu əməl böyük günah və haramdır. Bil ki, sənin cəhənnəm əzabına düşməyindən cəmiyyətinizdə nadir hal kimi qalmağın daha yaxşıdır. Allah daha yaxşı bilən və hidayət edəndir.
Sual: Mən qadın tələbə olaraq öz müəllimim ilə zarafat edə bilərəmmi? Bəzən sinif yoldaşlarımız müəllim ilə zarafat edirlər və bu zarafat üzümüzdə gülüş və qəlbimizdə sevinc yaradır. Bunun şəri cəhətdən həddi nə qədərdir?
Cavab: Allahın adı ilə, Bil ki ey qızım, naməhrəm ilə söhbət etmək belə zəruri olmadan caiz deyil.
Əvvəl
1
2
3
Sonra