Ofisin xəbərləri

Mərcəi təqlidin xəbərləri
  • Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi-Şəbi) nümayəndə heyətini və şəhid ailələrinin övladlarını qəbul etmişdir
    Ayətullah əl  Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Şəban ayının gəlişi və müdafiə cihadı fətvasının ildönümü münasibətilə Həşdi-Şəbinin mücahidləri və şəhid övladlarından ibarət nümayəndə heyətini qəbul edib.Görüş zamanı o həzrət, Həşdi-Şəbinin müqəddəs məkanların, torpağın və namusun müdafiəsində oynadığı tarixi rolu yüksək qiymətləndirib. Bildirib ki, Həşd terror qarşısında möhkəm sədd olub və Əhli-beytin (ə.s) vətəni olan İraqı qoruyub. Həmçinin vurğulayıb ki, bu ölkə Əmirul-möminin imam
  • Rəcəb ayının mübarək və pak mövludu münasibətilə… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) bir qrup dini elm tələbəsinə əmmamə qoydu
    Bir qrup dini elm tələbəsi Əmirul-möminin, müttəqilərin imamı imam Əli ibn Əbu Talibin (ə.s) mövludu münasibətilə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) əli ilə iman və təqva libasını — əmmaməni geyinmək şərəfinə nail olmuşdur.Bu mübarək mərasim zamanı hörmətli mərcəi-təqlid (kölgəsi daim olsun) dini elm tələbələrinə ünvanlanan bir sıra nəsihət və tövsiyələr vermiş, sözün əməldən önə keçməməsinin vacibliyini vurğulamışdır. O, elm tələbəsinin dinə
  • Məddahlar Mərkəzinin nümayəndə heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisində ziyarət edib
    İmam Hüseynin (ə.s) müqəddəs hərəminə bağlı Məddahlar Mərkəzinin nümayəndə heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) mərkəzi ofisini ziyarət edib. Onları hörmətli mərcəi-təqlidin özü qəbul edib. Bu rəsmi səfər mərkəzin fəaliyyətlərinin və xətiblərin bacarıqlarının inkişafına, elmi və mədəni səviyyələrinin yüksəldilməsinə yönəlmiş təlim proqramlarının təqdim olunması məqsədi daşıyıb.Görüş zamanı nümayəndə heyəti mərkəzin əsas nailiyyətləri barədə ətraflı məlumat verərək bildirib ki, son üç il
  • Mübarək Peyğəmbərliyin başlanması (Məbəs) gününün ildönümü münasibətilə Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), elmi hövzədə təhsil alan bir qrup dini elm tələbəsinə, elmi yolçuluqlarında mühüm bir mərhələni geridə qoyduqlarına görə, mübarək əmmamə ilə təltif etdi
    Bu münasibətlə etdiyi çıxışında hörmətli ayətullah bu əzəmətli günün gəlişini təbrik edərək vurğuladı ki, mübarək Məbəs hadisəsi bəşəriyyət tarixində böyük bir dönüş nöqtəsi olmuş, insanlığı cəhalət, fəsad və zülmətlərdən çıxararaq hidayətə, nura və mərifətə doğru yönəltmişdir. Həmçinin hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) dini elm tələbələrinə bir sıra ata­nəsihətli tövsiyələr verərək bildirdi ki, elm tələbəsinin əsas qayğısı ciddi şəkildə təhsil almaq, daim araşdırma və müzakirə ilə məşğul olmaq,








Ofisin xəbərləri
  • Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) adından… Əmcəd Əli Abidi İslamabadda Tərlayi hücumlarının qurbanlarına başsağlığı verib və yaralıları ziyarət edib
    Hörmətli Əllamə Əmcəd Əli Abidi, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) və onun mərkəzi ofisinin direktoru Şeyx Əli Nəcəfinin adından Pakistanın paytaxtı İslamabad şəhərinin Tərlayi bölgəsində baş vermiş terror hücumları nəticəsində şəhid olanların məzarlarını ziyarət edib.O, həmçinin həmin hücumlar nəticəsində yaralanaraq xəstəxanalarda müalicə alan yaralılardan bəzilərini ziyarət edib, hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) onlar üçün etdiyi sağlamlıq və afiyət dualarını çatdırıb və tezliklə
  • Ziqar şəhərindən olan gənclik kurslarının tələbələri Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisini ziyarət edib
    Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisi Ziqar şəhərindən gələn gənclik kurslarının tələbələrindən ibarət nümayəndə heyətini mübarək ofisində qəbul edib. Nümayəndə heyəti bu ziyarətdən məmnunluğunu ifadə edərək bildirib ki, bu səfər gənclər arasında dini və əxlaqi şüurun gücləndirilməsinə yönəlmiş maarifləndirici proqram çərçivəsində həyata keçirilir.Onları hörtmətli Seyid Muhəmməd Tahir Cəzairi qarşılayıb və hörmətli mərcəi-təqlid Nəcəfinin (kölgəsi davamlı olsun) tövsiyə və göstərişlərini çatdırıb.Seyid Cəzairi vurğulayıb
  • Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi hörmətli Şeyx Əli Nəcəfi Səmavə Badiyə layihəsini ziyarət edib və “Həşd-Şəbi”nin ərzaq təhlükəsizliyinin dəstəklənməsində göstərdiyi səyləri yüksək qiymətləndirib
    Hörmətli Şeyx Əli Nəcəfi, hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) təmsilçisi və onun mərkəzi ofisinin müdiri olaraq Səmavə Badiyə layihəsinə baş çəkib. Onu layihənin mühəndislik işləri üzrə baş direktoru və layihəyə nəzarət edən bir sıra əməkdaşlar qarşılayıblar.Hörmətli Şeyx sahə gəzintisi zamanı “Həşd-Şəbi” tərəfindən icra olunan kənd təsərrüfatı və inkişaf layihələri çərçivəsində əldə edilən mühüm nailiyyətlərlə tanış olub. Bu layihələr İraqın sənaye, ərzaq və iqtisadi baxımdan dəstəklənməsinə yönəlib.Həmçinin
  • Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi ilahi sünnələrin və məhdəvi şüurun cəmiyyətin islahındakı rolunu vurğuladı
    Nəcəful-Əşrəf - Nəcəful-Əşrəf şəhərində fəaliyyət göstərən imam Məhdi (ə.f) üzrə İxtisaslaşmış Araşdırmalar Mərkəzi tərəfindən fikir yönümlü bir mühazirə keçirilmişdir. Mühazirəni Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və mərkəzi ofisinin müdiri, hörmətli Şeyx Əli Nəcəfi təqdim etmişdir. Tədbirdə bir qrup akademik, dini elmlər tələbələri və fikir-etiqadi mövzularla maraqlanan şəxslər iştirak etmişdir.Hörmətli Şeyx mühazirəsində Qurani-Kərimdə yer alan İlahi sünnələr anlayışına toxunaraq, onların cəmiyyətlərin




Vəkillərin xəbərləri
  • Bağdad şəhərində Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nümayəndəsi, imam Hüseynin (ə.s) oğlu Həzrət Əli Əkbərin (ə.s) mövlud gününü qeyd etmişdir
    Bağdad – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki ofisinin nümayəndəsi, həftəlik dini mühazirəsi çərçivəsində Həzrət Əli Əkbərin (ə.s) mövludunu qeyd etmişdir. Mühazirə paytaxt Bağdadın Şülə məntəqəsində yerləşən Rəsulul-Əzəm (s) məscidində bir qrup möminin iştirakı ilə keçirilib.Ofisin nümayəndəsi Şeyx Nur Saidi bildirib: “Bu mühazirə ofisin həftəlik dini və mədəni fəaliyyətləri çərçivəsində keçirilir. Bu münasibətlə imam Hüseynin (ə.s) oğlu Həzrət Əli Əkbərin
  • Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi Şattül-Ərəb bölgəsində “Nurul-Mubin” Qurani-Kərim Cəmiyyətinin müəllimlərini təltif edib
    Bəsrə – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi, Qurani-Kərim mədəniyyətinin yayılmasında və şüurlu, tərbiyəli Quran nəslinin yetişdirilməsində göstərdikləri mübarək səylərə görə “Nurul-Mubin” Qurani-Kərim Cəmiyyətinin seçilmiş qiraətçi müəllimlərini mükafatlandırıb.Ofisin nümayəndəsi Seyid Muhəmməd Cabiri təltif mərasimində bildirib: “Əziz Nurul-Mubin Qurani-Kərim Cəmiyyətinin müəllim qardaşlarını təltif etmək onlara təqdim edə biləcəyimiz ən az təşəkkürdür. Çünki onlar islami əxlaq və dəyərlərə bağlı, cəmiyyət qarşısında
  • Ayətullah əl Üzma Şeyx Bəşir Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Vasitdəki nümayəndəsi
    Əhrar bölgəsi şagirdləri üçün “şəri vəzifə yaşına çatma” mərasimlərinə himayədarlıq etdi.Vasit — Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi daim olsun) Vasit şəhərindəki ofisinin nümayəndəsi Əhrar bölgəsində akademik məktəblərdə təhsil alan şagirdlərin şəri təklif yaşına (həddi-büluğ) çatması münasibətilə təşkil olunan dini mərasimlərə himayədarlıq etmişdir. Bu mərasimlərdə iştirak edən mükəlləf şagirdlərin sayı 500 nəfəri ötmüşdür.Bu tədbirlər çərçivəsində çıxış edən Şeyx Muhəmməd Cabiri bildirmişdir ki, mübarək mərasimlər
  • Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin Bağdaddakı nümayəndəsi Xanım Zeynəb (ə.s) haqqında mühazirə ilə çıxış etdi
    Bağdad - Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bağdad şəhərindəki ofisinin nümayəndəsi, Cəmilə məhəlləsinin Ənsar Hüseyniyyəsində Xanım Zeynəb (ə.s) haqqında dini mühazirə ilə çıxış etmişdir.Mühazirə zamanı doktor Əhməd Yasiri vurğulamışdır ki, Xanım Zeynəb (ə.s) vəhy və risalət ocağında tərbiyə almış, onun həyatı Muhəmmədi əxlaqın və əsil İslam dəyərlərinin praktik davamı olmuşdur. O qeyd etmişdir ki, Xanım Zeynəb (ə.s) tərbiyə, etiqad və məsuliyyət




Dərslər
FİQH
Usul
Təfsir
Əxlaq

Hicri təqvimi
1447/9/17   هـ
2026/03/07  مـ
Əlamətdar günlər
عروج النبي (ص) (على رواية)
معركة بدر الكبرى سنة 2هـ
Mərcəi təqlidin tövsiyələri
Elektron ünvan
Əlaqə