Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Zülm və ya düşmənçilik daha pisdir?
Cavab: Allahın adı ilə, Düşmənçilik qəlbi bir işdir, zülm isə başqa bir şəxsin haqqına təcavüz etməkdir. Düşmənçilik zülmün köküdür, o daha pis və çirkinlikdir. Əgər düşmənçilik olmasa zülmdə olmaz. Allah daha yaxşı biləndir.
Sual: Biharul-ənvar bir neçə hədis kitablarını bir kitaba cəm etməkdir yoxsa orada Məclisiyə aid xüsusi bir özəllik vardır?
Cavab: Allahın adı ilə, mərhum Məclisi hədisləri onun əlinə çatan şiə mənbələrindən istifadə edərək bir yerə toplayıb. Bu kitabı onları izah etmək məqsədi ilə yazdı. Allah hər şeyi daha yaxşı biləndir.
Sual: Fiqh elmində şəkkdən məqsəd məntiq elmində qeyd olunan kimidir? Və yaxud ümumidir zənn və vəhmədə şamildir?
Cavab: Allahın adı ilə, Şəkkdən məqsəd hər iki tərəfin bərabər olmasıdır. Hidayət edən Allahdır.
Sual: Şiə Nəhcül Bəlağədə olan hər bir şeyin səhih olduğuna etiqad edir?
Cavab: Allahın adı ilə, Nəhcül Bəlağə də olan xütbə və hikmətli kəlamlar Allah kitabı və kəlamından sonra ən fəzilətli kitabdır. Amma istinbat cəhətindən isə o, digər fiqhi kitablar kimidir. Müctəhid öz usuli və fiqhi məbnasına uyğun orada olanları istinbat edir. Allah hidayət edən və biləndir.
Sual: Həcc ziyarəti hicrətdən sonra şəriətdə olmuşdur?
Cavab: Allahın adı ilə, Həcc İbrahim (ə) Kəbə evini tikəndən bəri şəriətdə olmuşdur. Allah buyurur: Və insanları ümumi şəkildə (Allah evinin) həcc (in) ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar. Allah hidayət edəndir.
Sual: Nəhv və sərf və bəlağət elmindən müctəhid olmaq üçün tələb olunan miqdar nədir? Bəzilər bu elmdə də ictihad etməyi şərt bilirlər. Tələb olunan kitabların adını zikr edə bilərsinizmi?
Cavab: Allahın adı ilə, Ey oğul bil ki, əgər bir şəxs şəri hökmü ələ gətirmək üçün müqəddiməsində başqasının dəlilinə istinad edərsə o, şəxs müctəhid deyildir. O, şəxsin nəzər irəli sürməsi hökm deməsi caiz deyildir. Dediyin elmlər də isə failin yerini və məfulun yerini bilməsi və cümlənin qramatik əsaslarını bilməsi gərəkir. Həmçinin şəri hökmün istinbatın da fəqihə lazım olan elmlərə sahib olması lazımdır. İctihad üçün lazım olan elmlərə sahib olmayan şəxs müctəhid sayılmaz. Buna görə də, həqiqi müctəhidlərin sayı azdır. Allah hidayət edən və biləndir.
Sual: Kim bəhsi xaric oxuyur o, şəxs müctəhiddir?
Cavab: Allahın adı ilə, Əgər bu iş bu cür olsaydı Peyğəmbər (s)-in və İmam Əli (ə)-ın və İmam Sadiq (ə)-ın və digər məsumların dərslərində iştirak edənlər müctəhid hesab olunardı. Allah hidayət edəndir.
Sual: Məfatihul Cinan kitabında olan müstəhəb olan əməllərə əməl etməkdə Şeyxin nəzəri nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Şeyx buna icazə verir. Allah daha yaxşı bilir.
Sual: Kəlam elmində icmanın rəyi höccətdir?
Cavab: Allahın adı ilə, Bəli höccətdir. Allah daha yaxşı biləndir.
Sual: Şeyx Müzəffərin qələmə aldığı Əqaidul İmamiyyə kitabı barədə rəyiniz nədir?
Cavab: Allahın adı ilə, Şeyx Müzəffər (r) bu kitabı hövzə tələbələrinin yetişməsi üçün yazmışdır. Allah onun səyini və əziyyətini yerdə qoymasın. Qiyamət günündə əməl dəftərində qeyd eləsin. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra