Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Səcdədə ayağın hansı hissəsi və neçə hissəsi yerə dəyməsi vacibdir?
Cavab: Allahın adı ilə, Baş barmağın ucu, əgər o ən uzundursa. Və əgər baş barmağ çox kiçikdirsə və ikinci barmaq ən uzundursa onu yerə qoymaq vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Səcdədə alının hamısı (100%) möhürə dəyməsi zəruridir yoxsa alının hər hansı bir cüzi möhürə dəysə kifayətdir?
Cavab: Allahın adı ilə, Alının önü səcdə edilməsi caiz olan şeylərə dəyməsi vacibdir. Alının hamısının dəyməsi vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Sizin fətvanız İmamların (ə)-ın günbəzinin və ya Kəbə müşərrəfənin şəklini xalçaların üzərinə çəkməkdə nədən ibarətdir? Və onların üzərində oturmağın hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər bu xalçalar istifadə olunan ürfdə onların kəramətinə hörmətsizlik (təhqir) olmursa işkalı yoxdur. Amma əgər hörmətsizlik (təhqir) sayılırsa (hörmətsizliyin olub olmaması cəmiyyətin dəyişməsi ilə dəyişir) caiz deyil. Allah alimdir.
Sual: Üzrlü insanlar namazı qiyam halında qıla bilməməsi səbəbindən oturaq yerdə qılırlar. Səcdəni oturduqları yerdə qarşılarında olan səcdə yerinə edirlər. Onların oturub namaz qılaraq səcdəni işarə ilə yerinə yetirməkləri caizdir?
Cavab: Allahın adı ilə, Caiz deyil. Əksinə vacibdir ki, qarşılarına bir şey qoyub (stul kimi) onun üzərinə səcdə etsinlər. Çalışsınlar səcdə edərkən səcdə üzvləri əllər və ayağın baş barmağı yerə dəysin. Allah daha yaxşı biləndir.
Sual: ”Subhanə Rəbbi” və “Subhanəllah”-ın mənası nədir?
Cavab: Allahın adı ilə, Subhanəllah kəlməsi Allahdan pislik və çirkinliyi uzaqlaşdırmaq və Allahı hər yaraşmaz sifətdən pak və münəzzəh bilməkdir. Subhanəllah və Subhanə rəbbi kəlməsi arasında fərq budur ki, Subhanəllah Allahın zatı cəlalina dəlalət edir. Subhanə rəbbi isə Allahın zatını bütün məxluqlara rəbb bilməkdir. Allah daha yaxşı biləndir.
Sual: Şükr səcdəsi yerinə yetirərkən 7 səcdə üzvünün yerə dəyməsi və səcdə səhih olan yerə səcdə etmək şərtdirmi?
Cavab: Allahın adı ilə, Ehtiyat vacibə əsasən, səcdə edərkən səcdə səhih olan şeylərin üzərinə olunmalı, 7 səcdə üzvü yerə dəyməlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra