Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bir şəxsin üzərində vacibi namaz və oruc olsa ona vaxtın geniş olan surətində müstəhəb və ya başqa bir şəxsin əvəzində naib olaraq namaz və oruc tutması səhihdir?
Cavab: Allahın adı ilə, Əgər onun öhdəsində ramazan ayının orucunun qəzası idisə ondan müstəhəb oruc səhih deyil, Bəli öhdəsində olan vacib orucu müstəhəb gündə yerinə yetirmək caizdir. Allah ona iki savab bəxş edər. Öhdəsində vacibi namaz olan şəxsin müstəhəb namaz qılması səhihdir. Allah daha yaxşı biləndir.
Sual: Muhəmməd və Ali Muhəmmədə salavat göndərən zaman, Allahın onlara göndərdiyi salavatın növü hansıdır?
Cavab: Allahın adı ilə, Onlara (s) rəhmətini nazil etmək və rəhmətini davamlı şəkildə nazil etməkdir. Hidayət edən Allahdır.
Sual: Namazın bütün sözləri Allah ilə münacat etməkdir yoxsa bəziləri? Çünki bəzi cümlələr məsələn (Muhəmməd və Ali Muhəmmədə salavat göndərmək) münacat ilə münasibdir, yalnız cümlələr məsələn (Allah böyükdür) Allah ilə münacat etmək üçün münasib deyil?
Cavab: Allahın adı ilə, Həqiqətən namaz qılan şəxs Allahu təalanın hüzurunda durub vacibi tilavət edərkən Onun, qarşısında, hüzurunda Allahu təalanın kitabını oxuyur, dualarda Ondan istəyir və zikirlərdə isə ona səna, mədh və müqəddəs şəninə layiq olmayan şeylərdən onu pak və münəzzəh bilərək yaxınlaşır. Allah hidayət edən və biləndir.
Sual: Əgər namaz qılan şəxs təkbiratul-ehrama diqqət etmirsə, Allah ondan bərəkət və savabı uzaq edəcək?
Cavab: Allahın adı ilə, Bu şərafətli təkbiri bilərəkdən tərk etmək namazı batil edir. Allah daha yaxşı biləndir.
Sual: Zöhr namazının nafiləsini cümə günündən başqa günlərdə vaxtından (zəvaldan) öncə qabağa salmaq caizdir?
Cavab: Allahın adı ilə, Caiz deyil, Əgər bunu etsə vaxt daxil olduqdan sonra təzələyəcək. Allah daha yaxşı biləndir.
Sual: Ğüfeylə namazında surələr ucadan ya astadan oxunmalıdır?
Cavab: Allahın adı ilə, Bu barədə sən ixtiyar sahibisən. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra