Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Oruc halda boğazda olan iltihab səbəbindən ağızdan xoşa gəlməz qoxunu aradan aparmaq üçün qarqara etmək olarmı?
Cavab: Allahın adı ilə, Əgər dərman qəsdi ilə olarsa eybi yoxdur. İstifadə edilən dərmanın əlamətləri aradan gedənə kimi təkrar məzməzə etməlidir. Qarqara və məzməzə zamanı çalışmalıdır boğazına heçnə keçməsin. Allah daha yaxşı biləndir.
Sual: Əgər mükəlləf Ramazan ayının günortasın da öz zövcəsinə qayğı məqsədi ilə yaxınlaşsa, inzalın baş verəcəyinə yəqinliyi yoxdursa və inzal baş verməsə, bu halda oruc batil olub, qəza vacib olarmı?
Cavab: Allahın adı ilə, Əgər əqli ehtimal belə olsa ki, zövcəsinə mücərrəd qayğı göstərməklə onda baş verəcək, bu halda qayğı göstərməyə addım atmaq haram və orucu batil edər. İnzalın baş verməyəcəyinə yəqinlik hasil olandan sonra icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Adətən Ramazan ayında oruc olarkən öskürərkən boğazdan qusma çıxır. Bu qusmaq orucu batil edirmi?
Cavab: Allahın adı ilə, Nə qədər ki, boğazdan yuxarı çıxan miqdar bilərəkdən udulmayıbsa oruc batil olmaz. Həmçinin qusmaq bilərəkdən baş tutmayıbsa oruc batil deyil. Allah daha yaxşı biləndir.
Sual: Babasil xəstəliyi üçün istifadə olunan şamlar anal yolla istifadə olunur. bu şamlardan istifadə etmək orucu batil edən imalədən hesab olunurmu?
Cavab: Allahın adı ilə, Dərman əgər sulu formadadırsa bu imalə hesab olunacaq Əgər sulu formada deyilsə, yağ formasındadırsa və axıcı deyilsə, imalə hesab olunmayacaq. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra