Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Üzrlü və ya günahkar olaraq iftarını elan edən şəxs haram və ya məkruh bir əməl etmiş sayılırmı?
Cavab: Allahın adı ilə, Haram iş görmüş və dinə qarşı təhqiredici bir şey etmək, cəmiyyətdə fitnə və itaətsizliyi yaymağa çalışmaqdır. Allah alimdir və uca Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur.
Sual: əlinə və yalnız bədəninə toxunmağa məcbur etdi, amma orucuma davam etdim və orucumu açmadım, və ikinci gün sübh azanından öncə imsak edərkən xəbərim olmadan məni öpdü və mən onu itələdim bu gün iftar etmiş şəxs sayılacam, Əgər iftar etmiş sayılıramsa nə etməliyəm yalnız oruc tutmalıyam yoxsa kəffarə verməliyəm, verəcəyim kəffarə nədir?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda haram iş görübsə və şəri kəbin olmadan toxunmaqla haram iş görmək istəyibsən, Allaha istiğfar et və orucun səhihdir. Allah hidayət edən və biləndir.
Sual: 1- Cavanlardan biri namaz qılmadan mübarək Ramazan ayında oruc tutur (Ramazan ayında namaz qılmır) 2- Hökümət idarələrindən birində bir xanım mübarək Ramazan ayında oruc tutur hicab bağlamır (açıq-saçıq) istərdik sizdən aşağıdakılar haqda soruşaq:- A- Cavanın orucu namaz qılmadan düzgündür? B- Əgər onun orucu düzgün deyilsə ona yalnız qəza etmək lazımdır yoxsa qəza və kəffarə etmək lazımdır? C- Və əgər onun orucu düzgündürsə oruc öhdəsindən götürülür? D- Eləcə də hicabı olmayan qadınlar üçün yuxarıdakı suallar?
Cavab: Allahın adı ilə, Namazı tərk edənə gəlincə, o, şəriətə görə cəza və təzirə layiqdir və oruc öhdəsindən götürülür amma ona görə savaba layiq görülmür çünki o günahkar və fasiqdir çünki Allah yalnız təqvalılardan qəbul edər Allah təala buyurur (Allah ancaq müttəqilərdən qəbul edər). Qadına gəldikdə isə onun orucu eynidir lakin o hicaba riayət etmədiyi üçün fasiq və günahkardır və hidayət və təqvalı olana qədər orucun qəbul və savabına layiq deyil, Kişi və qadının bunu bilməsi vacibdir bizim yuxarıdakı cavabımız onları Allahın rəhmətindən məyus etməsin və əgər onlar namazı tərk etmək və hicabı bağlamamaq günahından tövbə etsələr savabını əldən verməzlər, çünki Allah yaxşı iş görən şəxslərin əməllərinin cəzasını aradan aparmaz. Allah hidayət edən və biləndir.
Sual: Əgər bir şəxs arağın haramlıq və nəcisliyini bildiyi halda və 40 gün müddətində nəcislənmiş qalar və onun namaz və ibadəti qəbul olunmadığını bildiyi halda onu içə, və fərz edək ki Ramazan ayı 20 gündən sonra gələ. Əgər Allaha istiğfar edərək ayı kamil sürətdə oruc tuta? Və ona nə etmək vacibdir? Ona ayı yenidən oruc tutmaq vacibdir? Və yaxud ona kəffarə vermək vacibdir?
Cavab: Allahın adı ilə, Bil ey övladım həqiqətən hədislərdə araq içinənin şiddətlə qəbul edilməməsi onların namaz və ya orucun bütün şərtləri olduğu halda səhih olmamasını bildirmir. Bu hədislərdən yalnız məqsəd həqiqətən araq içən şəxsin qırx gün əməlləri qəbul olunmaz. Əməllərin düzgün olması onları yenidən qılmamağı və qəza etməməsini lazım tutur və amma qəbul olma isə həmən əməllərə savab və əcr verilməsidir bunların arasındakı fərq açıq aşkardır. Sənin sualına gəldikdə həmən şəxsə namaz və orucunu vaxtında tərk etməmək vacibdir və ona yenidən qılmaq və ya qəzasını etmək vacib deyil. Allah hidayət edən və biləndir.
Sual: Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) rəyinə əsasən qədr gecələri necə təyin olunur və ən yaxın ehtimallar hansılardır?
Cavab: Allahın adı ilə, Ehtimallar tərtiblə bunlardır iyirmi üçüncü gecə, sonra iyirmi birinci, on doqquzuncu və iyirmi yeddinci gecədir. Allah alimdir.
Sual: Həddi buluğa çatmamış uşaqları oruc tutmağa alışdırmaq və öyrətmək İmamlarımızın (ə) tövsiyə etdiyi kimi tədricən oruc tutmasına gəlincə necəki İmam Sadiq (ə)-dan nəql olunub: Həqiqətən biz övladlarımızı doqquz yaşa çatanda həmən günün orucunu tuta biləcəyi miqdar üçün əmr edirik, Əgər günün yarısına qədər və ya ondan çox və yaxud az tuta bilsə yəni əgər ona susuzluq və ya aclıq qələbə çalsa iftar edərlər və bununlada oruc tutmağa öyrəşib vərdiş edərlər, və sizlərdə övladlarınızı doqquz yaşına çatdıqda qüdrətləri çatacaq miqdarında oruc tutmağa əmr edin və əgər onlara susuzluq qələbə çalsa iftar edərlər. Sual budur: Uşaq üçün məşq və vərdiş etmək Ramazan ayına məxsusdur yoxsa hətta Rəcəb və Şaban və yaxud hətta oruc tutulması alimlərin qeyd etdiyi bəzi müstəhəb günlərədə şamildir?
Cavab: Allahın adı ilə, Hökm Ramazan ayına məxsusdur. Allah daha yaxşı biləndir.
Sual: Kim Ramazan ayının orucunu itaətsizliklə tutmayıbsa, Ramazan ayında ona yemək təqdim etməyimizə icazə verilirmi?
Cavab: Allahın adı ilə, Əgər bu, həvəsləndirici və onun etdiyi işdən razı qaldığını göstərirsə, caiz deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra