• Baş səhifə
  • Həyatı
  • Xəbərlər
    • Mərcəi təqlidin xəbərləri
    • Ofisin xəbərləri
    • Vəkillərin xəbərləri
  • Nəsihət və Tövsiyələr
  • İstiftaat
  • Dərslər
    • Fiqh dərsi
    • Usul dərsi
    • Təfsir dərsi
    • Əxlaq dərsi
  • Kitablar
  • Bəyanatlar
  • Sual: Əgər dövlətə su və işığa görə borcum varsa və xüms günü çatıbsa, mən xümsü çıxaranda bu borcları nəzərə almalıyam, yoxsa borcları hesablamadan xümsü çıxarmalıyam?

    Cavab: Allahın adı ilə. Sualın fərzində zikr olunan məbləğ borc hesab olunur. Əgər bu borc xüms günündən əvvəl verilsə, verilən məbləğə xüms tətbiq olunmayacaq. Lakin xüms gününə qədər ödənməzsə, həmin gün öz və ailə ehtiyacları çıxıldıqdan sonra əlində qalan məbləğə xüms düşəcəkdir.
  • Sual: Mən kirayə evdə yaşayıram. Ev almaq üçün isə pul yığıram. Bu pulların xümsünü vermək vacibdir?

    Cavab: Allahın adı ilə. Verilən sualın fərzində xüms çıxartmaq vacibdir. Allah daha yaxşı biləndir.
  • Sual: Mən yalnız maaşımla dolanıram, başqa gəlir mənbəyim yoxdur. Özüm üçün həcc ziyarətinə getmək məqsədi ilə bir qutu, gündəlik ehtiyaclarımı ödəmək üçün isə başqa bir qutu ayırmışam. Bu qutulardakı vəsaitin xümsünü vermək vacibdirmi?

    Cavab: Allahın adı ilə. Qutulara yığdığın pulların xümsünü (xümsün) digər şərtləri mövcud olsa vermək vacibdir. Allah daha yaxşı biləndir.
  • Sual: Bankda əmanət kimi saxlanılan və üzərindən bir il keçmiş pulun xümsünü vermək vacibdirmi?

    Cavab: Allahın adı ilə. Əgər həmin pulu bankdan götürmək mümkündürsə, onun xümsünü vermək vacibdir. Amma əgər pul hazırda bankın istifadəsindədirsə, o sənə qaytarıldıqda xümsünü çıxartmalısan. Allah daha yaxşı biləndir.
  • Sual: Atamın mənə toy zamanı hədiyyə etdiyi qızılların xümsünü vermək vacibdirmi?

    Cavab: Allahın adı ilə. Əgər sənin illik xüms günün evlilikdən əvvəl müəyyən edilmişdisə və sənə verilən qızılları həmin gün gəlməzdən əvvəl istifadə etmisənsə, onlara xüms düşmür. Amma əgər xüms günün mövcud olduğu halda o qızıllardan istifadə etməmisənsə, bu zaman onların xümsünü alındığı qiymət əsasında hesablayıb çıxarmalısan. Həmçinin, əgər xüms günü özün üçün ümumiyyətlə təyin etməmisənsə, bu halda da həmin qızılların xümsünü verməyin vacibdir. Allah daha yaxşı biləndir.
  • Sual: Dostuma borc vermişəm, amma hələ qaytarmayıb. Bir həftədən sonra bu borcdan bir il tamam olacaq. Belə olan halda, həmin məbləğə xüms düşürmü? Əgər dostum xüms ili tamam olandan sonra borcu qaytararsa, o məbləğin xümsünü verməliyəmmi?

    Cavab: Allahın adı ilə, Əgər məbləğ hələ sənin ixtiyarına çatmayıbsa, onun xümsünü vermək sənə vacib deyildir. Lakin əgər həmin məbləğ illik hesab gününə qədər sənin ixtiyarına keçərsə, o zaman həmin gün əlinə qalan məbləğin xümsünü çıxarmağın vacib olur. Allah daha yaxşısını bilir.
  • Sual: Əgər xümsü müctəhidə və ya onun vəkilinə çatdırmazdan əvvəl itirsəm və ya oğurlansa, bu məbləğə görə mən zamin sayılırammı?

    Cavab: Allahın adı ilə. Əgər xümsün çatdırılması şəri hakimin icazəsi ilə baş tutubsa və onun itməsi və ya oğurlanmasında sənin heç bir günahın yoxdursa, bu halda zamin sayılmırsan. Amma əgər çatdırılma şəri hakimin icazəsi olmadan baş verib və xüms itib və ya oğurlanıbsa, o zaman zamin sayılırsan. Allah daha yaxşı biləndir.
  • Sual: Dölvət bankından verilən hissə sənədlərinə illik xüms günü xüms gələrmi?

    Cavab: Allahın adı ilə. Əgər xümsün bütün şərtləri mövcuddursa, xümsünü vermək vacibdir.
  • Sual: 20 milyon dinar pul borc götürüb işləmək üçün özümə maşın almışam. 1 il ərzində borcumdan 5 milyon ödəmişəm. Verdiyim 5 milyonun 1 milyonu keçən il xümsünü çıxardığım 1 milyon dinar idi. Gələn yeni xüms ili üçün maşının qiyməti 24 milyona qalxmışdır. Ümumiyyətlə mən xümsü necə verməliyəm?

    Cavab: Allahın adı ilə. Əgər maşını almamışdan əvvəl illik xüms gününü müəyyənləşdirmisənsə, bu halda maşına xüms düşmür. Yalnız maşından əldə etdiyin gəlirin xümsünü verməlisən. Lakin əgər illik xüms günün yox idisə, onda həm maşının özünün, həm də ondan əldə etdiyin gəlirin xümsünü hesablayıb çıxarmalısan. Maşının qiyməti sonradan artsa belə, xümsü həmin artan qiymətlə hesablamaq vacib deyil. Allah daha yaxşı biləndir.
  • Sual: Mən öz həyat yoldaşıma cib xərcliyi vermişəm. O, isə verdiyim pullardan qalanını saxlamışdır. O, pulun xümsünü çıxartmalıyammı?

    Cavab: Allahın adı ilə. Əgər verdiyin məbləği həyat yoldaşının mülkiyyəti qərar vermisənsə, xümsü çıxartmaq ona vacibdir. Yox əgər mülkiyyəti qərar verməmisənsə, bu halda xümsünü çıxartmaq sənə vacibdir. Allah daha yaxşısını biləndir.
Əvvəl
1
2
3
Sonra