Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Oğlanlarımdan birinin maddi vəziyyəti yaxşı deyil. Məndə isə xüms malından vardır. Xümsdən öz oğluma dolanmağı üçün verməyim icazəlidir?
Cavab: Allahın adı ilə, Nə qədər ki, oğlun sənin yanındadır onun nəfəqəsini vermək sənə vacibdir. Əgər Qiyamət günü şəfaətlərini istəyirsənsə əlini Allahın və peyğəmbər ailəsinin haqqı olan mala uzatma. Allah hidayət edəndir.
Sual: İmam malından hüseyniyyədə əzadarlıqda olanlara yemək almaq üçün sərf etmək icazəlidir?
Cavab: Allahın adı ilə, Zikr etdiyiniz iş imam malından sərf etməkdən aslıdırsa bu zaman bizdən icazə almağınız şərtdir. İcazə verilməsi üçün xümsün miqdarı barədə bizə xəbər etməyiniz gərəkir. Əgər zikr etdiyiniz iş imam və seyid malının sərf olunmasından aslı deyilsə, bu halda öz şəxsi malınızdan sərf etməyiniz lazımdır. Bilin ki, İmam malından sərf etməklə əldə olunan savab və əcr sizin deyil İmam (ə)-ın olacaq. Ey şiələr siz öz malınızdan deyil, İmamın malından sərf edərək əzadarlıq məclisi qurdunuz. Allah daha yaxşı biləndir.
Sual: Əgər müstəhəq seyid tapa bilmirəmsə seyid malını vermək üçün bu halda onu imam malı ilə birlikdə seyid olmayanlara verə bilərəm?
Cavab: Allahın adı ilə, Seyid malını seyid olmayanlara sərf etmək icazəli deyil. Əgər seyid tapmasanız, seyid malını bizə göndərin. Burada fəqir seyidlər çoxdur. Allah daha yaxşı biləndir.
Sual: Övladın nəfəqəsi atanın üzərindədir. Atanın öz evli qızına xüms verməsi? icazəlidir. Bir halda ki, qızının əri fəqirdir.
Cavab: Allahın adı ilə, Caiz deyil. Ərinə nəfəqəni verməsi vacibdir. Əgər ər nəfəqəni verməyə imkanı catmazsa bu halda vacibi nəfəqə atanın üzərinə həvalə olunmaz. Allah daha yaxşı biləndir.
Sual: Əgər mükəlləf müctehid nümayəndəsinə etimad etmirsə bu halda imam malını kimə təhvil verməlidir? Əgər bilsə ki, vəkil imam malına qarşı etibarlı deyil, bu hal da ona imam malını vermək caizdir?
Cavab: Allahın adı ilə, Mərcei təqlidlə əlaqə yaratmaq və ondan vəzifəni soruşmaq sənə vacibdir. Biz öz vəkillərimizə tapşırmışıq ki, mərcei təqlid müctəhiddən hər alınan şəri hüquqa görə möhürlü kağızı mükəlləfə təqdim etsin. Əgər siz möhürlü kağızı əldə etmisizsə boynunuzdan verdiyiniz xüms götürülmüşdür. Allah daha yaxşı biləndir.
Sual: Xüms verən şəxsin müstəhəq şəxsləri tanıması şərtdir? Yaxud xümsü çatdıran şəxsin düzgünlüyünə inanıb ona xümsü çatdırması üçün həvalə etməsi kifayətdir?
Cavab: Allahın adı ilə, Arada olan şəxsdən xatircəmlik hasil olursa ona etimad etməsi caizdir. Biz tərəfdən isə icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Atamız bizə bildirdi ki, siz seyid malını mömin fəqir seyyidlərə verilməsinə icazə vermisiz. Bu xəbər düzdür? Əgər icazəlidirsə bu icazə ümumidir ya xüsusidir?
Cavab: Allahın adı ilə, Müqəllidlər üçün ümumi icazə verilib ki, fəqir 12 imam şiəsi olan seyidlərə seyid malından sərf olunsun. Allah müvəffəq edəndir.
Sual: Həşd Şəbidə olan mücahidlərə yemək şəklində seyid malından vermək icazəlidirmi? Yoxsa bu ancaq İmam malı ilə həddlənib?
Cavab: Allahın adı ilə, Mücahidlərdən olan seyidlərə öz ehtiyaclarını ödəmək üçün seyid malı vermək icazəlidir. Amma seyid olmayanlara isə öz malımızla və şəri hakimin icazəsi ilə imam malı ilə xidmət olunur. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra