Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Biz bir hüseyniyyənin namaz qılanlarıyıq. Sayımız 50 ədəddir. Qərara gəlmişik ki, qurbanın pulunu aramızda bölüşdürüb qurban alaraq kəsib fəqir ailələrə paylayaq. Bizim bu əməlimiz düzdür?
Cavab: Allahın adı ilə, Kiçik buynuzlu heyvanlar 1 nəfər ailə başçısı və ailə üzvləri üçündür. 1 inək isə 7 ailə başçısı və ailə üzvləri üçün, dişi camış 7 ailə, erkək camış isə 1 ailə üçündür. Bu dediklərimiz maddiyyat və heyvan baxımından müstəhəb qurban üçündür. Əgər maddi və heyvan cəhətdən bu mümkün olmasa 1 inək 70 nəfər və ondan yuxarı da keçərlidir. Allah daha yaxşı biləndir.
Sual: Qurbanı minanın xaricində də kəsmək vacibdir?
Cavab: Allahın adı ilə, Qurbanı Minada kəsmək vacibdir. Əgər imkan edə bilməsə vadi muhəssərdə kəsməlidir. Əgər bu iki yerdə də mövcud hakimiyyətin qadağalarına görə və ya başqa səbəbə görə imkan edə bilməsə Məkkədə kəsməsi və ya başqa şəhərdə kəsməsi caizdir. Bu ehtiyat müstəhəbdir. Allah daha yaxşı biləndir.
Sual: Qurbanı kəsən qəssabın şiə olması vacibdir?
Cavab: Allahın adı ilə, Qurbanı kəsən nasibi deyil müsəlman olması vacibdir. Şiə olmasa belə şiə məzhəbinin şərtlərinə uyğun qurbanı kəsməlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra